İngiltərədə aparılan bir araşdırma, COVID-19 məhdudiyyətlərinin yumşaldılmasının astma tutma riskini iki dəfə artırdığını göstərdi.
Elchi.az Business Standard-a istinadən xəbər verir ki, İngiltərədəki Queen Mary Universitetində 2 min 312 astma xəstəsinin məlumatları araşdırıldı.
Bu kontekstdə elm adamları nəzarət qrupundan sosial fəaliyyətlər, maska istifadəsi və astma simptomları haqqında aylıq məlumat toplayıblar.
Araşdırmada, İngiltərədə COVID-19 məhdudiyyətləri yumşaldılmağa başladığı üçün 2021-ci ilin mart ayında yüzdə 1,7 olan astma tutma nisbətinin 2022-ci ilin yanvarında iki dəfədən çox artaraq 3,7-yə çatdığı görüldü.
Kraliça Meri Universitetinin Tənəffüs Yolları İnfeksiyası və İmmunitet Professoru Adrian Martineau, araşdırmanın COVID-19 məhdudiyyətlərinin yumşaldılmasından sonra astma tutma hallarının artdığını ortaya qoydu.
Martineau qeyd edib ki, epidemiya zamanı tətbiq olunan maskalar və məsafə kimi bəzi tədbirlər bəzi tənəffüs yolları xəstəliklərinin inkişafının qarşısını ala bilər.
Dünyada ən az 300 milyon, İngiltərədə isə 5 milyondan çox astma xəstəsi olduğu bildirilir.
Nəfəs darlığı və döş qəfəsində sıxılma, hırıltı və öskürək astma xəstəliyinin əlamətləri olduğu bildirilir.
Yeganə