"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

“City Hospital” rəhbərinə və oğluna qarşı tükürpədici iddialar…

14 Avqust 2014 - 17:20
in Kateqoriyasız
FacebookVatsap

Zərərçəkənlər deyir ki, Bayram Qorçuyev övladının qanlı cinayətini ört-basdır etməyə çalışır; bıçaqlanan img1618621qardaşlar ölüm ayağındadır

Bunu da oxuyun

“Səssiz tələ” sənədli filmi təqdim olunub

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

 

Bakı şəhəri Xətai rayonu, Nəsrəddin Tusi küçəsində avqustun 6-da günorta saatlarında qanlı cinayət hadisəsi törədilib. Zərərçəkən Samir Cəfərov musavat.com-a etdiyi şikayətində iddia irəli sürür ki, “City Hospital”ın direktoru Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyevin rəhbərlik etdiyi peşəkar idmançılardan ibarət “qoçu” dəstəsi Azər və Aslan Cəfərov qardaşlarını, eləcə də, onların qonşusu Telman Nuriyevi bıçaqlayıblar.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl saytlarda “Bakıda peşəkar idmançılar arasında kütləvi dava” başlıqlı yazı getmişdi. Yazının mahiyyəti bu cinayət hadisəsinin təfərrüatları məlum olandan sonra bilinib. Zərərçəkən deyir ki, əslinə qalsa, cinayət işinin yolunu azdırmaq üçün qəsdən mətbuata belə bir məlumat ötürülüb.

 

Baş verən hadisəni zərərçəkmiş ailənin üzvü Samir Cəfərov təfsilatı ilə musavat.com – a danışıb. O, qardaşlarının bıçaqlanması ilə bağlı şok faktlar açıqlayıb: “Hadisə avqustun 6-da baş verib …  Biz özümüz Şahbuz rayonunun Badamlı kəndindənik. Ailədə 3 qardaşıq. Kiçik qardaşım Aslan “City Hospital”da həkim işləyirdi. Böyük qardaşım Azər ixtisasca müəllimdir, hazırda Neft Şirkətində işləyir. Atam da müəllimdir. Yəni ziyalı ailəsiyik. Heç vaxt münaqişədə olmamışıq.

 

“Aslan və Telman ora çatan kimi, maşından düşən idmançılar onları vurublar. Daha sonra hər ikisini yerdə bıçaqlayıblar. Həmin vaxt hadisə yerinə çatan digər qardaşım Azər Aslana vurulan zərbələrə mane olmaq üçün bıçağı tutmağa çalışıb. Lakin onu da bıçaqlayaraq, yerə yıxıblar. Daha sonra onları qan içərisində qoyaraq, uzaqlaşıblar” 

 

Polis idarəsinin yolunu belə tanımamışıq… Qardaşım Aslan “City Hospital”da həkim-rentgeneloq işləyirdi. Orada işlədiyi vaxt onun yanında çalışan tibb bacısı məzuniyyətə çıxıb. Qardaşım isə xəstəxananın direktoru Bayram Qorçuyevə bildirib ki, ona başqa bir tibb bacısı təyin etsin. O da işlərin hamısını qardaşımın görməsini tələb edib. Bu zəmində aralarında mübahisə yaranıb. Direktor qardaşımı küçə söyüşləri ilə təhqir edib. Məcburiyyət qarşısında qalan qardaşım onun cavabını verərək, işdən çıxması ilə bağlı ərizə yazıb”.

 

Şikayətçi qardaşlarının bu mübahisədən sonra bıçaqlandığını bildirib: “Bayram Qorçuyevlə yaranan narazılıqdan sonra onun oğlu Cavidan Aslana zəng vuraraq, ona qarşı nalayiq söyüşlər işlədib. Daha sonra Əhmədli qəsəbəsində görüş təyin olunub. Cavidan Qorçuyev özü də daxil olmaqla 6 nəfərdən ibarət dəstə yığaraq, Əhmədli qəsəbəsinə gəlib. Dəstə üzvləri  idmançılardan ibarət olub. Azər və Aslan həmin vaxt qonşumuz Telman Nuriyevlə birlikdə çayçıya gələrək, stol düzəldiblər. İstəyiblər ki, sakit şəkildə narazılıq aradan qalxsın.

 

Onlar gəldikləri zaman Aslana zəng vuraraq, yolu göstərmələrini tələb ediblər. Aslan onları qarşılamağa çıxan zaman qonşusu Telman da onunla çıxıb. Aslan və Telman ora çatan kimi, maşından düşən idmançılar onları vurublar. Daha sonra hər ikisini yerdə bıçaqlayıblar. Həmin vaxt hadisə yerinə çatan digər qardaşım Azər Aslana vurulan zərbələrə mane olmaq üçün bıçağı tutmağa çalışıb. Lakin onu da bıçaqlayaraq, yerə yıxıblar. Daha sonra onları qan içərisində qoyaraq, uzaqlaşıblar. Heç bir xəstəxana qardaşlarımı müalicəyə götürmək istəmirdi. Sonda birində mümkün oldu. 4 gün ölü vəziyyətində qaldılar. Hazırda həyatlarına olan təhlükə davam edir”.

 

“Əgər bir xəstəxana rəhbərinin oğlu rahat 3 nəfər gənci şəhərin ortasında, hamının gözü qarşısında belə rahat bıçaqlayırsa, deməli hansısa məmurun övladı 100 nəfər insanı öldürüb qanını batıra bilər”

 

Şikayətçi hadisədən keçən müddət ərzində cinayəti törədənlərin həbs olunmadığını, əksinə, zərərçəkən olaraq, özlərinin hədələndiklərini diqqətimizə çatdırdı. Onun bundan sonra dedikləri isə, olduqca ciddi iddialardır: “Qardaşlarımı öldürmək istəyən birbaşa Bayram Qorçuyevin özüdür. Oğluna tapşırıq verib, göndərib. Pulunun gücünə güvənir. İndiyə qədər neçə dəfə bu şəxsin özü bu cür hadisələr törədib. Lakin pul gücünə cinayətlərini ört-basdır edib. Qardaşlarımı birinci vuran  kik –  boksinq üzrə 5 qat dünya çempionu Ehram Məcidovdur. Hazırda yığmada məşqçi işləyir. Ona kömək edənlər Cavidan, Abbas və Sənan olub. Qalan bir nəfəri isə guya ki, hələ istintaq tapa bilmir. İndiyə qədər Bayram Qorçuyevin oğlunun başçılıq etdiyi bu 5 nəfərlik dəstədən heç kəs tutulmayıb. Hamısı azadlıqdadır. Qardaşlarım isə ölümlə çarpışır. Hadisə yeri və işləri belə bəllidir. Nə vaxt müraciət ediriksə, deyirlər ki axtarırıq. Necə olur ki, onların yaşadığı ünvanı, iş yerlərini biz bilirik, amma onlar yox. İstəsələr bir dəqiqənin içərisində tapa bilərlər. Sadəcə pula görə işi bağlamaq istəyirlər”.

 

“Qardaşlarımı birinci vuran  kik –  boksinq üzrə 5 qat dünya çempionu Ehram Məcidovdur. Hazırda yığmada məşqçi işləyir. Ona kömək edənlər Cavidan, Abbas və Sənan olub. Qalan bir nəfəri isə guya ki, hələ istintaq tapa bilmir”

 

Cəfərovlar ailəsi üzləşdikləri özbaşınalıqlarla bağlı Prezident Administrasiyasının qarşısına gedəcəklərini bildirdilər: “Cəfərovlar ailəsi olaraq prezidentə, Mehriban xanıma, DİN-ə, prokurorluğa kömək istəyirik. Artıq bu insanlıqdan kənar bir hadisədir. Düşmən bizimlə bəlkə də belə davranmazdı. Qardaşımın azyaşlı uşaqlarının gözlərinə baxa bilmirik. Əgər bir xəstəxana rəhbərinin oğlu rahat 3 nəfər gənci şəhərin ortasında, hamının gözü qarşısında belə rahat bıçaqlayırsa, deməli hansısa məmurun övladı 100 nəfər insanı öldürüb, qanını bu ölkədə batıra bilər.

 

Yalandan bizə şər atırlar ki, qardaşlarım guya ki, onların övladını döyüblər. Bunlar azmış kimi, hətta bizi hədələyirlər. Bayram Qorçuyev qardaşıma zəng vursa da, onun telefonuna cavab vermirik. İşçisinə deyib ki, onlara deyin ki, bu məsələni ağartmasınlar. Özlərinə ziyan olacaq. Hamısını tutduracam. Amma bu hədələr bizi qorxutmur. Sona qədər qardaşlarımızı bu günə salanlarla mübarizə aparacağıq. Qanunla onlar cəzalarını çəkməlidirlər. Sizlərdən xahiş edirik, bizə yardımçı olun”.

 

Baş vermiş olayla bağlı cinayətdə adı hallanan “City Hospital”ın direktoru Bayram Qorçiyevin özü ilə əlaqə saxladıq. Lakin o, bu barədə danışmaq istəmədi.

İşi aparan Bakı Şəhər Baş Polis İdarəsinin Vüsal adlı müstəntiqi ilə də əlaqə yaratdıq. Ancaq o, jurnalist olduğumuzu biləndən sonra telefonu qapatdı.

 

Müxbirimiz məsələ ilə bağlı DİN-in mətbuat xidmətinə sorğu verib.

 

Mövzuda adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 

Cavanşir ABBASLI

 

 

 

 

Tags: SOSİAL
Previous Post

“City Hospital” rəhbərinə və oğluna qarşı tükürpədici iddialar…

Next Post

Azərbaycanda uşaq oğurluğu baş verib

Bənzər yazılar

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları:...

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

Next Post

Azərbaycanda uşaq oğurluğu baş verib

Azərbaycanda uşaq oğurluğu baş verib

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.