Çin Hərbi Dəniz Qüvvələrinin sözçüsü baş polkovnik Ling Guowei gəminin elmi sınaqlar və təlimlər üçün Cənubi Çin dənizinə getdiyini bildirib.
Elchi.az-ın məlumatına görə, Ling bildirib ki, regionlararası dəniz sınaqları və təlimləri təyyarədaşıyan gəminin inkişafında rutin vəzifələrdir və “heç bir xüsusi obyektə yönəlməyib”.
Dünən Çin sosial mediasında yayılan fotoşəkillər gəminin Şanxay sahillərindəki Çanşinq adasındakı Ciangnan gəmiqayırma zavodundan yola düşdüyünü göstərir.
Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri gəminin Şərqi Çin dənizində Yaponiya tərəfindən “Senkaku” və Çin tərəfindən “Diaoyu” kimi tanınan mübahisəli adalardan 200 kilometr uzaqda göründüyünü bildirib.
Şayəstə Hüseynova





















