Üç Çin bankı Rusiyanın sanksiyaları altında olan maliyyə təşkilatlarından ödənişləri qəbul etməyi dərhal dayandırıb.
Elchi.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
ICBC, CCB və Bank of China Rusiya müştərilərinə 2024-cü ilin yanvarından etibarən ödənişləri qəbul etməyi dayandıracaqları barədə xəbərdarlıq edib.
Qeyd olunur ki, Qərbin qara siyahısına düşməyən kredit təşkilatları ilə əməliyyatlar davam edir.
Qəzetin Rusiya bankındakı mənbəsi bildirib ki, ICBC və CCB hansı sistemdən keçməsindən asılı olmayaraq bütün daxil olan ödənişləri rədd edir – Avropa SWIFT, Rusiya SPFS və ya Çin CIPS. Çin bankları qərarlarını daxili siyasətlə izah edirlər.
Bundan əvvəl bildirilmişdi ki, son il yarım ərzində Çinin Rusiya bank sektorunda payı dörd dəfə artıb.
Nuranə Məmmədova