Çin Yer orbitində qurduğu kosmik stansiyaya beşinci tədarük missiyasını başa vurub.
Elchi.az xəbər verir ki, Çin İnsanlı Kosmik Ekspedisiyalar Agentliyinin (CMSA) bəyanatında deyilir ki, Tiencou-6 yük gəmisi “kosmik stansiyanın əsas modulunun arxa dokunda dayanır”.
Mekik ötən gecə “Long March 7 Y7” raketi ilə Haynan adasındakı Vinçanq Kosmik Gəmi Başlatma Mərkəzindən buraxılıb.
Yük maşını kosmik stansiya üçün yanacaq, ehtiyat hissələri, texniki xidmət və tətbiq avadanlıqları, həmçinin Shincou-15 missiyası çərçivəsində hələ də stansiyada çalışan 3 nəfərlik taikonavt heyəti üçün təchizat daşıyır.
Kosmik stansiya bundan əvvəl 29 may 2021-ci ildə Tiencou-2, 20 sentyabr 2021-ci ildə Tiencou-3, 9 may 2022-ci ildə Tiencou-4 və 12 noyabr 2022-ci ildə Tiencou-5 gəmiləri ilə yanacaqla təmin edilmişdi.
Şayəstə Hüseynova