"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Çingiz Abdullayevə hücumu qətiyyətlə pisləyirəm”-Elxan Süleymanov

05 Sentyabr 2023 - 17:40
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov son günlər müzakirə mövzusu olan yazıçı Çingiz Abdullayevlə bağlı sualları cavablandırıb.

Bunu da oxuyun

“Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcəyik” – Netanyahu

“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıb

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

Elchi.az sözügedən müsahibəni təqdim edir:

-Hörmətli Elxan müəllim, son günlərdə mətbuatda, sosial şəbəkələrdə məşhur yazıçı Çingiz Abdullayev Azərbaycan dilində Bakı ləhcəsi ilə danışdığına, əsərlərini rus dilində yazdığına görə qınaq obyektinə çevrilib. Bəzən bu qınaq təhqirə çevrilir. Nüfuzlu ictimai təşkilatın, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının rəhbəri kimi Sizin bu sosial hadisəyə münasibətinizi bilmək istərdik.

-Görkəmli yazıçı Çingiz Abdullayevə belə kütləvi hücumu mən qətiyyətlə pisləyirəm. Əvvəla ona görə ki, Çingiz Abdullayev çoxmillətli, tolerant ölkə olan Azərbaycanın və xüsusən də Bakı şəhərinin nümayəndəsidir. Onun məhz rus dilində yazmasına, rus dilinin çox işləndiyi Bakı şəhərinin ləhcəsində danışmasına görə belə kəskin, bəzən heç bir əndazəyə, ədəbə sığmayan tərzdə tənqid və hətta təhqir olunması ilk növbədə ölkəmizin multikultural səciyyəsinə və xalqımızın tolerant imicinə xələl gətirir. Əsərləri dünyanın əksər dillərində 20 milyondan çox tirajla dərc olunmuş, bir çox ölkələrdə ssenarilərinə, o cümlədən Azərbaycan dilində yazdığı ssenarilərinə filmlər çəkilmiş, yazıçı imzası, yaradıcılığı ilə Azərbaycanı dünyaya tanıtmış görkəmli yazıçıya belə təhqiramiz münasibət, yumşaq desək, ölkəmiz haqqında müsbət rəy yaratmır! Əksinə, xaricilərin bəyənərək tərif etdiyi tolerantlığımıza, başqa xalqlara loyal münasibətimizə kölgə salır. Yaşadığımız dövrdə, ətrafda məlum siyasi hadisələrin cərəyan etdiyi bir mühitdə bu kimi hallar bizim çoxkültürlü mühitimizə ifrat millətçilik kölgəsi sala bilər.

-Elxan müəllim, Çingiz Abdullayevin yaradıcılığı yəni bu qədərmi mühüm əhəmiyyət daşıyır?

-Mən ilk fəaliyyətimə mədəniyyət sahəsindən başlamışam. Hələ tələbə olarkən, sovet dövründə strateji ideoloji müəssisələrdən hesab olunan mədəniyyət mərkəzinin, Fioletov adına Mədəniyyət klubunun müdiri olmuşam. Demək olar ki, ölkəmizin bütün görkəmli, böyük sənət və mədəniyyət xadimləri ilə əməkdaşlıq etmişəm. Onlardan çox şey öyrənmişəm. Rəhmətlik Mirzə Babayevlə həm də dostluq etmişəm. Onun bir sözü həmişə yadımdadır. Bir dəfə televiziyada bir müğənninin çıxışına baxarkən, dedim ki, yaxşı ifaçıdır. Cavab verdi ki, Elxan, bunlar Biləcəriyə qədər olan müğənnilərdir. Bizə isə dünya miqyasında olan, sərhədləri aşan sənətkarlar lazımdır. Çingiz Abdullayev məhz belə sənətkardır, axı onun, yazıçımızın əsərləri dünya dillərinə tərcümə olunaraq, xarici ölkələrdə 20 milyon tirajla nəşr olunub. Bu kitablarda Çingiz Abdullayev imzası var. Onun haqqında məlumat var. Milyonlarla oxucu məhz bunun sayəsində Azərbaycanı tanıyır, onların ölkəmizə marağı oyanır. Bununla fəxr edəsi deyilikmi? Belə bir istedadlı yazıçı həmvətinimizlə qürur duyası deyilikmi? Onu haqlı-haqsız aşağılamaqla nə qazanacağıq? Məşhur yazıçımıza belə haqsız, ədalətsiz və layiq olmayan münasibət ziyalılığa yaraşırmı?

-Bəs yazıçının başqa dildə yazması, ana dili ilə müqayisədə daha səlis danışmasını necə dəyərləndirək?

-Bir məsələni deyim. Yazıçının, şairin, alimin başqa dildə danışması müəyyən səbəblərdən tarix boyu aşkarlanan hadisədir. Şərqdə ərəb və fars dilləri olduğu kimi, Q ərbdə də latın və fransız dilləri uzun müddət elm və ədəbiyyatın dili olmuşdur. Rusiya imperiyası yarandıqdan sonra və xüsusən də sovet dövründə rus dili keçmiş SSRİ məkanında əsas ünsiyyət dilinə, eyni zamanda beynəlxalq aləmə çıxmaq üçün əsas vasitəyə çevrildi. Bu dövrdə ədəbiyyatda rusdillilik yarandı. Hətta M.F.Axundov öz “Şairin ölümünə” əsərini özü rus dilinə tərcümə etdi və bunun sayəsində bu əsər geniş dairədə tanındı. Eləcə də türk xalqlarının böyük nümayəndələri Çingiz Aytmatov, Oljas Suleymenov vətənləri, türk xalqlarınının mənafeyi yolunda böyük işlər görüblər. Başqa dildə yazmaq bir faktdır, təbii ki, anadillli ədəbiyyat mədəniyyətimizdə aparıcı mövqedə olmalıdır. Ancaq biz başqa dillərdə yazmış bir çox klassiklərimizdən də imtina edə bilmərik. Çingiz Abdullayev də rusdilli mühitdə formalaşıb və bəlkə də bu amilə görə əsərləri bütün dünyada yayılaraq, ölkəmizə, xalqımıza da başucalığı gətirib. Gəlin, onun əsərləri sevilə-sevilə oxunduğu halda yaradıcılığına kölgə salmayaq. Elə bu nüfuzuna görə də 44 günlük müharibə dövründə onun Rusiya televiziyasında çıxışının Azərbaycan həqiqətlərinin yayılmasında böyük rolu oldu. Mən xüsusən gənclərimizə tövsiyə edərdim ki, gəlin belə görkəmli ədiblərimizin qədrini bilək, istedadlı şəxsiyyətlərimizi təbliğ edək, onlarla fəxr edək və yeni əsərlərə onları ruhlandıraq.

Previous Post

“Çingiz Abdullayevə hücumu qətiyyətlə pisləyirəm”-Elxan Süleymanov

Next Post

UNESKO icmanın çağırışına müsbət cavab verdi

Bənzər yazılar

“Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcəyik” – Netanyahu

“Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcəyik” – Netanyahu

20 Avqust 2026 - 13:00

"Suriyada İsraili təhdid edən Türkiyə hərbi mövcudluğuna dözməyəcəyik". Elchi.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib....

“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıb

“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıb

19 Avqust 2026 - 22:16

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununun biletləri satışa çıxarılıb. Bu barədə Elchi.az - a Azərbaycan təmsilçisindən...

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

19 Avqust 2026 - 21:24

Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən "İnnovativ...

Lavrov Britaniyanı hədələdi: “Ona yazığım gəlir”

Lavrov Britaniyanı hədələdi: “Ona yazığım gəlir”

19 Avqust 2026 - 14:00

"Moskva, Britaniya raket qüvvələrinin Rusiya Federasiyasına qarşı zərbələrdə iştirakını – bundan irəli gələn bütün nəticələri ilə birlikdə – Ukraynadakı münaqişədə...

Next Post
UNESKO icmanın çağırışına müsbət cavab verdi

UNESKO icmanın çağırışına müsbət cavab verdi

UNESKO icmanın çağırışına müsbət cavab verdi

UNESKO icmanın çağırışına müsbət cavab verdi

Son xəbərlər

8 il əvvəl yaradılan qurumun əsasnaməsi təsdiqləndi

8 il əvvəl yaradılan qurumun əsasnaməsi təsdiqləndi

20 Avqust 2026 - 15:30
Rüşvətdə ittiham olunan sabiq rəis azadlığa buraxıldı

Rüşvətdə ittiham olunan sabiq rəis azadlığa buraxıldı

20 Avqust 2026 - 15:14
Mertsin reytinqi bütün dövrlərin ən aşağı səviyyəsinə düşüb

Mertsin reytinqi bütün dövrlərin ən aşağı səviyyəsinə düşüb

20 Avqust 2026 - 15:00
Türkiyənin əhalisinin sayı açıqlandı

Türkiyənin əhalisinin sayı açıqlandı

20 Avqust 2026 - 14:48
Paşinyan: Ermənistan ABŞ və İranla bağlı vəziyyətdən çox narahatdır

Paşinyan: Ermənistan ABŞ və İranla bağlı vəziyyətdən çox narahatdır

20 Avqust 2026 - 14:39
Özünə xəsarət yetirmişdi: AFFA-dan ağır cəza…

Özünə xəsarət yetirmişdi: AFFA-dan ağır cəza…

20 Avqust 2026 - 14:28
Ermənistanda Xarici İşlər Nazirliyinin adı dəyişdirildi

Ermənistanda Xarici İşlər Nazirliyinin adı dəyişdirildi

20 Avqust 2026 - 14:13
Tokionun NATO planları Pekini narahat etdi

Tokionun NATO planları Pekini narahat etdi

20 Avqust 2026 - 14:00
Doğumun ən yüksək və ən az olduğu RAYONLAR

Doğumun ən yüksək və ən az olduğu RAYONLAR

20 Avqust 2026 - 13:52
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı

Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı

20 Avqust 2026 - 13:43
Bu il Azərbaycanda yol qəzalarında 285 nəfər ölüb

Bu il Azərbaycanda yol qəzalarında 285 nəfər ölüb

20 Avqust 2026 - 13:30
Qanunsuz çıxarılan 63 nəfər işinə bərpa edilib

Qanunsuz çıxarılan 63 nəfər işinə bərpa edilib

20 Avqust 2026 - 13:14
“Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcəyik” – Netanyahu

“Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcəyik” – Netanyahu

20 Avqust 2026 - 13:00
Bu sənədi itirənlər 200 manat cərimə olunacaqlar

Bu sənədi itirənlər 200 manat cərimə olunacaqlar

20 Avqust 2026 - 12:52
MİDA “Güzəştli mənzil” sistemini ASANLAŞDIRDI

MİDA “Güzəştli mənzil” sistemini ASANLAŞDIRDI

20 Avqust 2026 - 12:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.