"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Çingiz Əsədullayev ölkən getmək istəyir – “qaçış?”

27 Noyabr 2015 - 10:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib


Eldar Mahmudovun və onun dəstəsinin ifşasından sonra mediada ən çox adı hallandırılanlardan biri də “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevdir. “Azəriqazbank”da baş verən qanunsuzluqlar, neqativ hallar, müştərilərin aldadılması, qanunsuz pul köçürmələri və digər bu kimi hallar barədə, demək olar ki, hər gün mətbuatda müxtəlif yazılar dərc olunur.Əslində deputat mandatına güvənən Ç.Əsədullayevin adı Beynəlxalq Bankda dövlətin milyardlarla manat vəsaitinin talan edilməsi üzə çıxdıqdan sonra gündəmə gəlmişdi. “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. Deputat-bankir yayılan məlumatları təkzib etsə də, onun məhz Beynəlxalq Bankda külli miqdarda mənimsəmə faktlarına görə hədəfə gəldiyi şübhə doğurmurdu. Bildirilirdi ki, Ə.Əsədullayevin də “maliyyə xəyanətlərində” iştirakı olub, Mahmudov-Hacıyev çetesi külli miqdarda pulları onun bankının vasitəsilə ölkədən çıxarıb. Fevralda başlayan “kredit oliqarxları” həbsləri Ç.Əsdullayevdən “yan keçdi”. Çünki o zaman onun deputat toxunulmazlığı və arxasında MTN şefi kimi məmur dayanırdı.

Çingiz Əsədullayevin bankı haqda sensasion ittihamlar hələ arxası “MTN dağına” söykənəndə də vardı. Ötən ilin iyununda Kaliforniya Universitetinin (“KrebsOnSecurity”) onlayn apteklərlə bağlı apardığı araşdırmalarında bəlli olmuşdu ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb.

Oxşar iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy da çıxış etmişdi. Lakin nədənsə, həmin vaxt nə hüquq-mühafizə orqanları, nə Maliyyə Nazirliyi bu faktları araşdırdı. Bank rəhbərliyi də ittihamlarla bağlı heç bir açıqlama vermədi.

E.Mahmudovun “vurulmasından” sonra isə Ç.Əsədullayevə yönəlik ittihamlar daha da artdı. Öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov çirkli pulların yuyulması ilə bağlı ittihamları təsdiqləyən məlumat yaydı. O bildirdi ki, Ç.Əsədullayev dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib.

E.Mahmudov işdən çıxarılan zaman Ç.Əsədullayevin başı parlament seçkilərinə qarışmışdı və o, mandat almaq üçün bu dəfə daha ciddi səy göstərirdi. Çünki 10 ildir deputat olan Əsədullayevə toxunulmazlıq mandatı indikindən daha çox lazım idi. MSK Ç.Əsədullayevin nəticələrini ləğv etmək üçün dərhal hərəkətə keçib. Ç.Əsədullayev “əgər hökumət, MSK bu dairədə seçkinin nəticələrinin ləğv edilməli olduğunu düzgün hesab edirsə, deməli, belə olmalıdır. Mən bu qərarı heç bir halda şübhə altına almaram” desə də, bu qərardan bərk təlaşlıdır. Redaksiyamıza daxil olan məlumata görə, Ç.Əsədullayev ölkəni tərk etmək istəyir. Ç.Əsədullayevin ölkədən çıxmaq üçün bir neçə “arqumenti” də var. Yorulub, müalicə olunmaq istəyir və sair… Amma onun ölkədən çıxmasına hansısa qadağa qoyulub-qoyulmaması bəlli deyil.

“Azəriqazbank” əsasən tikinti sektoruna kreditlərin ayrılması və işlərin icrasına nəzarətlə məşğul olub. Bu məqsədlə o, əsasən özünə, E.Mahmudova yaxın tikinti şirkətlərinə pul ayırıb.

Ç.Əsədullayev himayə etdiyi tikinti şirkətləri ilə əlaqəyə girərək bəzi əməliyyatlar həyata keçirib ki, bundan da bir çox məmurlar ziyan çəkiblər. Tikinti sektorunda ciddi paya sahib olan digər oliqarxlar bir neçə dəfə Ç.Əsədullayevdən tələb ediblər ki, rəhbəri olduğu bank “özünü yığışdırsın”.
İddialara görə, Ç.Əsədullayev MTN şefinin bu sahədə monopolistə çevrilməsinə şərait yaradıb. İndi isə himayəçilərini və mandatını itirən Ç.Əsədullayev həmin adamların təzyiqi ilə üzləşib. Bankir “mənə deyirdilər, vermə, mən nə edəydim?” kimi sözlərlə özünə haqq qazandırmaq istəsə də, vəziyyəti düzəldə bilməyib. Məlumata görə, MTN generalitetinin sahibkarlardan reket yolu ilə alınmış pulların “yuyulmasında” “Azəriqazbank”ın rolu olduğu barədə ciddi şübhələr var. İstintaq bu istiqamətdə işləyir və hələ bir neçə sahibkar zərərçəkmiş kimi tanınıb. Qeyd edək ki, bank çoxsaylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.

Mənbə onu da bildirib ki, Ç.Əsədullayevin mandatını itirdikdən sonra bankda səhmlərinin sayını artırmasını bəzi dairələr “blef” hesab edir. “Çünki bankın pay bölgüsündə ciddi dəyişiklik kimi təqdim edilən xəbərdə Çingiz Əsədullayevin payını 23,096%-dən 23,270%-dək artırdığı bildirilir. Yəni bu da ciddi bank sahibi üçün çox cüzi rəqəmdir” deyə, mənbə bildirib.

Maraqlıdır ki, minoritar səhmdarların sayı 65-dən 61-ə enib, onların bankın kapitalındakı ümumi payı isə 25,637%-dən 31,463%-dək artıb. Anlaşılan budur ki, 4 minoritar səhmdar payını satıb. Amma kimlərdən söhbət getdiyi bilinmir. Bildirilib ki, minoritar səhmdarların da paylarını C. Əsədullayev alıb. Digər səhmdarların kapitalda payı dəyişilməz olaraq qalıb. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası kapitalda 17,5%, “Kazimir Partners” şirkəti 10%, Yusifov Fərzulla (Müşahidə Şurasının üzvü) 17,767%-lik paya malikdirlər.

Ehtimal etmək olar ki, satılan bank səhmləri MTN generalitetinə və ya onlara yaxın şəxslərə aid olub. Hər halda, indi “Azəriqazbank”da səhmdarların öz paylarını satması Ç.Əsədullayevə yaxşı perspektiv vəd etmir. Mandatını itirən Əsədullayev bankını və ya azadlığını necə, itirməyəcək ki?

“Yeni Müsavat”

Previous Post

Çingiz Əsədullayev ölkən getmək istəyir – “qaçış?”

Next Post

“Utanılası heç nə yoxdur” – Roman Qriqorçuk

Bənzər yazılar

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərini başa çatdırıb və Daşkəndə yola düşüb. Bu barədə Elchi.az prezidentin mətbuat xidmətinə istinadən...

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xarici müdaxilənin və xarici maliyyələşdirmənin tənzimlənməsi üçün suverenlik, şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan beynəlxalq standartın...

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17

Pakistanın Bakıdakı səfirliyi Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə təbrik...

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Biznes Qrupunun və Tailandın ən böyük konqlomeratlarından biri olan BTS-in nümayəndə heyəti ilə görüşüb....

Next Post

"Utanılası heç nə yoxdur" - Roman Qriqorçuk

"Utanılası heç nə yoxdur" - Roman Qriqorçuk

Son xəbərlər

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21
Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17
Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15
ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

15 Oktyabr 2026 - 21:58
IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.