Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan bildirib ki, İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı keçirilən mərasimdə Yaponiya Baş naziri Sanae Takaiçi ölkəsinin törətdiyi cinayətlərə görə peşmanlıq ifadə etməyib və bununla da Tokionun təcavüzkarlığını ört-basdır etməyə çalışıb.
Elchi.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat verib.
Diplomat qeyd edib: “Baş nazir Takaiçi öz çıxışında ‘peşmanlıq’ və ‘çıxarılan dərslər’ ifadələrindən yayınıb, Yaponiyanın müharibə cinayətləri barədə isə qeyri-müəyyən və yayınan tərzdə danışıb… Bu, onun administrasiyasının niyyətini – Yaponiyanın təcavüzkarlıq tarixini ört-basdır etmək cəhdini – bir daha nümayiş etdirir”.
Lin Tszyan vurğuladı ki, Çin Yaponiya siyasətçilərini öz məsuliyyətləri barədə dərindən düşünməyə və ölkənin hərbiləşdirilməsindən tamamilə imtina etməyə çağırır.
Avqustun 15-də Takaiti İkinci Dünya Müharibəsinin başa çatmasının ildönümü ilə bağlı çıxış etdi və həmin çıxışda münaqişə dövründə törədilmiş təcavüzə görə heç bir peşmanlıq ifadə etmədi. Bununla da o, Yaponiyanın əvvəlki hökumət başçılarının formalaşdırdığı ənənəni pozdu.
Yeganə




















