2026-cı ilin yanvar-iyul aylarında magistral qaz kəmərləri ilə 23 milyard 989,9 milyon kub-metr qaz ötürülüb.
Elchi.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çoxdur.
Qazın nəqlinin 55,8 faizi (13385,1 milyon kub-metr) Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmişdir.





















