TASS Çin Mərkəzi Televiziyasına istinadən yazır ki, Sintszyan-Uyğur Muxtar Vilayətinin Aksu mahalının Uşi rayonunda bir gündə ikinci zəlzələ baş verib. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər.
Jurnalistlərin qeyd etdiyi kimi, yer təkanlar Pekin vaxtı ilə saat 09:18-də qeydə alınıb. Yer titrəyişlərinin maqnitudası 5,2 olub. Zəlzələnin episentri 41,19 dərəcə şimal eni, 78,84 dərəcə şərq uzunluğu koordinatlarında yerləşib.
Çin Seysmoloji Şəbəkə Mərkəzi mənbənin 10 kilometr dərinlikdə olduğunu əlavə edib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Havar Şəfiyeva