Çinin Sincan Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə karantində olduğu iddia edilən mənzildə baş verən yanğında 10 nəfərin həyatını itirməsindən sonra şəhərdə etiraz nümayişləri keçirilib.
Elchi.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda yerli hökumət binasının yerləşdiyi meydana toplaşan insanların karantin tədbirlərinə etiraz edən şüarlar səsləndirdiyi, şəhərin müxtəlif yerlərində çoxlu sayda vətəndaşın bayraqlarla küçələrdə gəzdiyi görülüb.
“Karantini qaldırın”, “Xalqa xidmət edin”, “Öləcəyiksə, birlikdə ölək!” şüarlar səsləndirən etirazçılar siyasi məmurlara və səhiyyə işçilərinə reaksiya verib.
Yanğın baş verən mənzilin sakinlərinin karantin rejiminə görə evlərini tərk edə bilmədiklərini və yanğınsöndürənlərin metal sədlər və şlaqbaumlarla əhatə olunmuş kompleksə daxil ola bilmədiklərini, yanğına vaxtında müdaxilə edə bilmədiklərini iddia edir, etirazlara çevrilən reaksiyalara səbəb oldu.
Ötən gün axşam saatlarında Tianshan rayonunda yaşayış kompleksində bir mənzildə elektrik sızmasından başladığı ehtimal edilən yanğında 10 nəfər ölüb, 9 nəfər yaralanıb. Mənzilin 15-ci mərtəbəsində başlayan yanğın 17-ci mərtəbəyə keçib, tüstü isə 21-ci mərtəbəyə çatıb.
Sosial şəbəkələrdə yanğınsöndürənlərin yanğını 3 saata yaxın müddətdə söndürə bildiyini, yaşayış kompleksinə daxil olmayan yanğınsöndürən maşınının səpdiyi təzyiqli suyun binaya çata bilmədiyini əks etdirən videoların yayılması reaksiyaları artırıb.
Yeganə