"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Cinayətkar” şirkətin arxasından Cahangir Hacıyev çıxdı – Sensasiya!

21 İyul 2014 - 09:08
in MANŞET
FacebookVatsap

Tikinti mafiyasının böyük Bakı hesablaşması; Beynəlxalq Bankın şefinin “Sovetski” sakinlərinə img1485919bazar qiymətindən 2 dəfə ucuz mənzil təklif etməsi tikinti maqnatlarını qəzəbləndirib və ona qarşı sanksiyaların işə düşməsinə səbəb olub; “Des Consulting” şirkətinə qarşı cinayət işinin açılmasının yeni təfərrüatları “Yeni Müsavat”da

Bunu da oxuyun

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

İyulun 16-da barəsində cinayət işi açılan “Des Consulting” şirkətinin gerçək sahibi Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyevdir. Bankir tikinti biznesini böyütmək üçün evləri sökülən “Sovetski” sakinləri üçün “sosial layihə” ideyasını irəli sürüb.

Bu layihəyə əsasən, “Sovetski” sakinlərinə bazar qiymətindən 2 dəfə ucuz mənzillər təklif ediləcəkdi. Bundan qəzəblənən tikinti bazarının əsas oyunçuları isə onun şirkəti barəsində cinayət işinin açılmasına nail olublar. Bu barədə “Yeni Müsavat”a tikinti sektorundakı mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, C.Hacıyev tikinti biznesinə 2002-ci ildə başlayıb. Həmin il “Yeni Həyat” şirkətlər qrupunu təsis edib. Şirkətlər qrupu Bakının mərkəzində və mərkəzə yaxın ərazilərdə eyni adlı yaşayış massivləri inşa edib. Mənzil tikintisi bazarında oyunçular azaldıqca, şirkət bazarda mövqelərini gücləndirib. İndi artıq mənzil tikintisi bazarının əsas oyunçularından birinə çevrilmək istəyib və buna görə də “Sovetski” sakinləri üçün güzəştli şərtlərlə ev tikmək ideyasını nəzarətində olan “Des Consulting” şirkəti vasitəsi ilə ictimailəşdirib. Bunula da nəhəng dövlət sifarişlərini ələ keçirməyə çalışıb. Ancaq bu, tikinti bazarının aparıcı oyunçularının xoşuna gəlməyib və şirkət haqda cinayət işi açılmasına nail olmaqla onu zərərsizləşdiriblər.
Hazırda “Yeni Həyat” şirkətlər qrupu Bakıda nəhəng “Azure Park” yaşayış kompleksinin tikintisini həyata keçirir. Afiyəddin Cəlilov, 27A ünvanında inşa olunan 18 mərtəbəli yaşayış kompleksində 1,2,3,4 otaqlı mənzillər inşa edilir. Kompleksin 1-ci mərtəbəsində 5000 kv m sahəsi olan hipermarket, 2-ci mərtəbəsində 1500 nəfərlik 5 kinozal, həmçinin sakinlərin və qonaqların təhlükəsizliyi və rahatlığı üçün kinozallardan Azure Shopping Centre-ə yerüstü keçid nəzərdə tutulub. Kompleksdə 2 min avtomobil tutumu olan avtopark da istifadəyə veriləcək. Tikintini C.Hacıyevin idarəetməsində olan “Banktechnique” (keçmiş “Texnikabank”) maliyyələşdirir. Kompleksdən mənzil almaq istəyənlər də bu bankın ipoteka kreditlərindən faydalana bilərlər. Bu barədə bankın rəsmi saytında da məlumat verilib.
 Şirkətlər qrupu buna qədər “Yeni HƏYAT Rezidense”, “Yeni HƏYAT Plaza”, “Azure Rezidense”, “Azure Plaza”, “Azure Shopping centre”, “Megafun” kimi nəhəng layihələr həyata keçirib. “Sovetski” sakinləri üçün nəzərdə tutulan kompleks isə nəhəngliyinə görə bu layihələri geridə qoymalı idi. Ancaq bankirin tikinti sektorunda belə sıçrayışları tikinti bazarının əsas oyunçularını qəzəbləndirib.
Ötən saylarımızda bildirmişdik ki, iyulun 16-da Baş Prokurorluq “Des Consulting” MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlandığı barədə məlumat yayıb. Bu şirkət iyulun 15-də “Sovetski” sakinlərinin mənzil problemini həll etmək üçün 16 mərtəbəli, 810 mənzilli bina tikintisi layihəsi hazırladığı barədə cəmiyyətə məlumat vermişdi. Təmirsiz mənzilin bir kvadratmetri sakinlərə 380 manata təklif ediləcəkdi ki, bu da bazar qiymətindən ən azı 2 dəfə ucuzdur.
Cinayət işi bir gün sonra, iyulun 16-da Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanılıb. Prokurorluqla polis idarəsinin birgə məlumatında deyilir ki, vəzifəli şəxslər vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək istəyib. Şirkətin bu fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi də müəyyən edilib.
Şirkət tikinti işlərini öz vəsaiti ilə həyata keçirəcəyini iddia etməyib. Bunun üçün tender yolu ilə hündür binalar tikməyə lisenziyası və partnyoru olan “Yeni Həyat” şirkətini cəlb edib. “Des Consulting”in vəzifəli şəxsləri ilk izahatlarını veriblər. İzahatlara əsasən, binanın tikilməsinin layihə qiyməti 17 milyon manat olub. Bir sözlə, C.Hacıyev ilkin mərhələdə “Yeni Həyat” şirkətini yox, başqa bir şirkətini qabağa verib. Görünür, bankir ideya ictimailəşəndən sonra gözlənilən hücumları proqnozlaşdıra bilib. Buna görə də ictimai rəydə tanınmayan başqa bir şirkətini önə çıxarıb ki, zərbələr “Yeni Həyat”dan yan keçsin.
“Yeni Müsavat”ı bilgiləndirən mənbənin sözlərinə görə, C.Hacıyev son dövlər biznes elitasının əsas fiqurlarından birinə çevrilib: “O həddə qədər ki, bankirin hazırda idarə etməsində 3 bank (Beynəlxalq Bank, ”Bank Of Azerbaijan” və “Banktechnique”), 3 futbol klubu (“İnter”, “Simurq” və “Bakı”) və çoxsaylı ASC-lər var. “Bank Of Azerbaijan” və “Bakı” klubunu o bu yaxınlarda “Baghlan Group” şirkətlər qrupunun sahibi, tanınmış iş adamı Hafiz Məmmədovun əlindən alaraq öz idarəetməsinə qatıb. Bunun ardınca onun tikinti sektorunda önə çıxmaq cəhdi biznes elitasındakı rəqiblərində qıcıq yaradıb və C.Hacıyevə qarşı sanksiyalara qərar verilib. Bu, ona edilən ilk xəbərdarlıqdır”.
Nəhəng söküntü işləri tikinti mafiyası üçün çox gəlirli bir sahədir. Söküntü nəticəsində köçürülən sakinlərin evlə təminatı mənzil bazarında tələbatı kəskin şəkildə artırır. Bu tendensiyadan tikinti mafiyası inşa etdiyi mənzilləri tez bir zamanda satmaq və külli miqdarda gəlir götürmək üçün faydalanırlar. Belə bir vaxtda C.Hacıyevin şirkətinin önə çıxması və mənzili bazar qiymətindən 2 dəfə ucuz təklif etməsi, təbii ki, tikinti mafiyasının maraqlarına sarsıdıcı zərbə vurmaq anlamına gəlirdi. Ona görə də tikinti mafiyası onu cəzalandırmaq qərarına gəlib.
Sonda onu da qeyd edək ki, “Sovetski” məhəlləsi indiyə qədər olan söküntü layihələri arasında ən nəhəngidir. Massivdən 11 minə yaxın ailənin – 50 min sakinin köçürülməsi nəzərdə tutulur. Bu da sakinlərin evlə təminatı məsələsinin çox gəlirli biznesə çevriləcəyini göstərir. Belə bir vaxtda C.Hacıyevin önə çıxaraq “bazarı öldürməsini”, təbii ki, tikinti bosları həzm edə bilməzdi və etmədi də.
Mövzunu davam etdirəcəyik.
Previous Post

“Cinayətkar” şirkətin arxasından Cahangir Hacıyev çıxdı – Sensasiya!

Next Post

“Neftçi”nin uduzdurulmasının təfərrüatları…

Bənzər yazılar

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19

Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil və Vaşinqton diqqətini Ukrayna münaqişəsinin nizamlanması məsələsinə cəmləyib. Elchi.az xəbər verir ki, bu barədə...

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post

“Neftçi”nin uduzdurulmasının təfərrüatları...

“Neftçi”nin uduzdurulmasının təfərrüatları...

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.