Cənubi Koreya 2 Çin və 4 Rusiya təyyarəsinin Koreya Hava Hücumundan Müdafiə və Kimlik Bölgəsinə daxil olduğunu və bölgəyə döyüş təyyarələri göndərdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının verdiyi yazılı açıqlamada, günorta saatlarında 2 Çin və 4 Rusiya təyyarəsinin Ulleunq adasının şimalındakı ADİZ-ə daxil olduğu bildirilib.
Açıqlamada təyyarələrin ölkənin hava məkanını pozmadığı, Cənubi Koreyanın ehtiyat tədbiri olaraq bölgəyə döyüş təyyarələri göndərdiyi bildirilib.
Şayəstə Hüseynova