Ukrayna 90 milyard avroluq kredit çərçivəsində Avropa Komissiyasından (AK) 3,47 milyard avro məbləğində tranş alıb.
Elchi.az xəbər verir ki, bu barədə AK-nin sədri Ursula fon der Lyayen özünün “X” hesabında məlumat verib.
“Bu vəsaitin ayrılması ilə biz Ukraynaya öz səmasını və xalqını qorumaqda kömək edirik”, – deyə o yazıb.
Avropa Komissiyasının rəhbərinə görə, Avropa İttifaqı və Kiyev Avropanın sənaye potensialını Ukraynanın misilsiz innovasiya imkanları ilə birləşdirirlər.
Daha əvvəl məlumat verilmişdi ki, Avropa İttifaqı Ukraynaya 8,3 milyard avro məbləğində vəsait ayırmağı öhdəsinə götürüb və Kiyevin ilin sonuna qədər bu vəsaiti əldə etməsi üçün yerinə yetirməli olduğu ciddi tələblər toplusunu təsdiqləyib. Bu tələblərə hüququn aliliyi və korrupsiya ilə mübarizə sahəsində islahatlar daxildir.
Yeganə





















