Çin Müdafiə Nazirliyi: Tayvanın ABŞ-dan silah alması fonunda Çin müharibəyə hazırlığı gücləndirəcək

90

Tayvanın ABŞ-dan silah alması ilə əlaqədar Çin Xalq Azadlıq Ordusu müharibə hazırlığını gücləndirəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei bildirib.

“Müharibəyə hazırlıq üçün hərbi təlimləri gücləndirməyə davam edir. Biz qondarma Tayvan müstəqillik hərəkatına mənsub separatçıların planlarını, eləcə də kənar qüvvələrin müdaxilə cəhdlərini qətiyyətlə darmadağın edəcəyik”.O, Vaşinqtonun Taypeyə 500 milyon dollarlıq silah vermək niyyətini şərh edərkən deyib.

Qeyd edək ki, bundan əvvəl Tayvanın müdafiə naziri Qiu Quozheng bildirmişdi ki, Tayvan 4 aydır ABŞ-la 500 milyon dollar dəyərində Amerika silahlarının tədarükü üçün danışıqlar aparır. Qiu Quozheng aydınlaşdırıb ki, ABŞ Tayvana pulsuz, yəni satılan avadanlıqların müqabilində Amerika hakimiyyətinin təxirə salmalı olduğu çatdırılma tarixlərini əlavə silah göndərmək istəyir. Departament rəhbərinin mayın 4-də bildirdiyi kimi, ABŞ-dan F-16V qırıcılarının çatdırılma müddəti artıb – 66 təyyarənin 2023-cü ilin son rübündə göndərilməsi planlaşdırılırdı, lakin indi onların təhvil verilməsi ilin üçüncü rübünə qədər təxirə salınıb.

Havar Şəfiyeva