Çin, ABŞ-nin hərbi hücum təhlükəsi fonunda İranda xarici təhlükəsizlik risklərinin artması səbəbilə vətəndaşlarına ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.
Elchi.az-ın məlumatına görə, Çinin İrandakı səfirliyi və baş konsulluqları yaydıqları açıqlamada bildiriblər ki, son dövrlərdə İranda xarici təhlükəsizlik riskləri ciddi şəkildə artıb və bir çox ölkə öz vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edən xəbərdarlıqlar yayıb.
Xəbərdarlıqda Çin vətəndaşlarına İrana səfər etməkdən çəkinmələri tövsiyə olunub, hazırda ölkədə olanlardan isə təhlükəsizlik tədbirlərini gücləndirmələri və mümkün qədər tez ölkəni tərk etmələri istənilib.
Açıqlamada qeyd olunub ki, Çinin İrandakı və qonşu ölkələrdəki səfirlik və konsulluqları Çin vətəndaşlarına dəstək göstərəcək, onların kommersiya reysləri və quru yolu ilə köçürülməsi təmin ediləcək.
Məryəm





















