Flippin Çini Cənubi Çin dənizində gəmidə lazerdən istifadə etməkdə ittiham edir. Elchi.az xəbər verir ki, Filippin Sahil Mühafizəsi Çin hərbçilərini Cənubi Çin dənizində patrul gəmisində lazerdən istifadə etməkdə günahlandırıb.
Hadisə fevralın 6-da mübahisəli ərazi olan Spratli adaları ərazisində baş verib. Filippin tərəfinin məlumatına görə, ölkə ordusu üçün ərzaq və ləvazimat daşıyan gəmi Çin sahil mühafizə gəmisinə rast gəlib. O, təhlükəli manevrlər edib və iki dəfə yaşıl lazer şüasını Filippin gəmisinə yönəldib.
Filippin çinlilərin hərəkətlərini gəmilərin qəsdən blokadası və suveren hüquqların açıq şəkildə pozulması adlandırıb. Çinin Xarici İşlər Nazirliyi cavab olaraq Filippin gəmisinin Çin sularına icazəsiz daxil olduğunu və ÇXR ordusunun ölkənin suverenliyini müdafiə etdiyini bildirib.
Havar Şəfiyeva