Çin Fələstinə həm ikitərəfli kanallar, həm də BMT vasitəsilə humanitar yardım göstərməyə davam etmək niyyətindədir .
Elchi.az xəbər verir ki, bunu Çin hökumətinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Çjay Jun deyib.
“Çin Qəzza əhalisinin üzləşdiyi humanitar böhranın aradan qaldırılmasına kömək etmək üçün BMT və ikitərəfli kanallar vasitəsilə Fələstinə təcili humanitar yardım göstərib və göstərməyə davam edəcək. Çin Misirin Qəzza zolağında humanitar vəziyyəti yaxşılaşdırmaq səylərini yüksək qiymətləndirir və Misiri dəstəkləyir.
Nuranə Məmmədova