Çinin xarici işlər naziri Van Yi bazar ertəsi ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.
Elchi.az xarici mediaya istinadən bildirir ki, V.Yi telefon danışığında bildirib ki, Çin üçün yeni ixrac nəzarəti qaydaları müəyyən etməklə və sərmayələri məhdudlaşdırmaqla ABŞ azad ticarət qaydalarını pozub, bu, düzəldilməlidir.
“ABŞ Çinə yeni ixrac nəzarəti qaydaları tətbiq etdi, Çinə investisiyaları məhdudlaşdırdı, azad ticarət qaydalarını ciddi şəkildə pozdu və Çinin qanuni hüquq və maraqlarına zərər verdi, bu düzəldilməlidir”,-deyə V.Yi deyib.
O, həmçinin qeyd edib ki, Çin-Amerika münasibətlərinin sabit inkişaf yoluna qaytarılması təkcə Çin və ABŞ-ın maraqlarına uyğun deyil, həm də beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğundur.
Yeganə