Çilinin Pataqoniya turizm bölgəsində gəzintiyə çıxan beş turist güclü fırtına nəticəsində ölüb və itkin düşmüş yeddi nəfərin axtarışı davam edir.
Elchi.az xəbər verir ki, milli medianın məlumatına görə, Pataqoniyanın Torres del Paine Milli Parkında gəzintiyə çıxan bir qrup turist qəfildən güclü fırtınaya məruz qalıb.
İlkin məlumatlara görə, iki meksikalı, iki alman və bir britaniyalı turist həlak olub, yeddi nəfər isə itkin düşüb.
Fırtına zamanı küləyin sürəti saatda 189 kilometri keçib, ərazidə qar və yağış qeydə alınıb.
Çili Meşə Təsərrüfatı İdarəsi (CONAF) açıqlamasında bölgəyə 24 nəfərlik axtarış-xilasetmə qrupunun göndərildiyini və itkin düşənlərin tapılması üçün səylərin davam etdirildiyini açıqlayıb.
Çətin relyef və əlverişsiz hava şəraiti səbəbindən itkin düşmüş insanların sağlamlığı ilə bağlı narahatlıqlar var.
Şayəstə





















