Çexiya Ukraynaya pilotsuz uçuş aparatlarına qarşı mübarizə məqsədilə yüngül təlim-döyüş təyyarələri olan L-159-ları satmayacaq.
Elchi.az xəbər verir ki, bunu Çexiyanın baş naziri Andrey Babiş bəyan edib.
“Bu təyyarələr satış üçün mövcud deyil. Bizdə başqa yoxdur”, — deyə “Reuters” agentliyi onun sözlərini sitat gətirib.
Yanvarın 16-da Çexiya prezidenti Petr Pavel Kiyevə bir neçə L-159 təyyarəsi almağı təklif etmişdi. Daha sonra “ČTK” informasiya agentliyi xəbər vermişdi ki, Çexiyada hakim koalisiyaya daxil olan SPD (“Azadlıq və birbaşa demokratiya”) siyasi hərəkatı təyyarələrin Ukraynaya satılmasına qarşı çıxıb.
Məryəm





















