Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.
Elchi.az xəbər verir ki, “Tolo News”un ABŞ mənşəli “X” sosial media platformasındakı hesabında paylaşdığı məlumata görə, Kabilin Şahr-e Nov bölgəsində baş verən partlayış nəticəsində çox sayda insanın öldüyü və yaralandığı ehtimal olunur.
Partlayışın səbəbi hələlik məlum deyil. Rəsmi qurumlar hadisə ilə bağlı açıqlama verməyiblər.
Məryəm





















