Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya ilə bağlı mühüm açıqlama verib.
Elchi.az “Ntv.com.tr”-yə istinadən bildirir ki, Çavuşoğlu Suriyada qalıcı sülh üçün addımlar atılmasının vacibliyini qeyd edib.
Suriyada vətəndaş müharibəsinin 11 ildən artıqdır ki, davam etdiyini dilə gətirən Çavuşoğlu bildirib:
“Türkiyə olaraq əvvəlcədən Suriyada baş verənlərin siyasi proses olduğunu demişdik. İki ölkənin kəşfiyyat təşkilatları arasında dialoq var. Suriyanın ərazi bütövlüyü bizim üçün önəmlidir. İnsanların öz ölkələrinə təhlükəsiz qayıtması, Suriyanın yenidən qurulması vacibdir”.
Yeganə