Türk dünyası olaraq Qazaxıstanın yanındayıq.
Elchi.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin fövqəladə toplantısında söyləyib.
O bildirib ki, Türkiyə olaraq proseslərin əvvəlindən qazaxıstanlı rəsmilərlə təmasda olmuşuq:
“Prezident Rəcəb Tayyib Ərdoğan başda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev olmaqla TDT-yə üzv ölkələrin başçıları təmasda olaraq hadisələri yaxından izləyiblər”.
XİN başçısı qeyd edib ki, bu böhranın Qazaxıstanın suverenliyinə, bütövlüyünə, sabitliyinə və balanslı xarici siyasətinə zərər verməyəcəyinə inanırıq:
“Çünki biz qardaş Qazaxıstanın gücünə güvənirik. Biz geosiyasi rəqabətin deyil, əməkdaşlığın və rifahın aktorlarıyıq. Çünki dövlətləri və millətləri rifah, sabitlik və sülh ucaldır”, – nazir vurğulayıb.