"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Sədr müavini barəsində deyilənlərə aydınlıq gətirdi

11 Yanvar 2022 - 14:26
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap


Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı son vaxtlar bəzi saytlarda barəsində yazılanlara və ona ünvanlanan ittihamlara aydınlıq gətirib. O, bildirib ki, mediada haqqında yazılan xəbərlərin təşəbbüskarı ötən ilin avqustunda  vəfat edən qardaşı Lətif Cavadlının 2019-cu ildə boşanmış arvadı Zamanova (Zamanlı) Ülviyyə Səmədağa qızıdır: 
“Çox təəssüf ki, məsələnin mahiyyətini araşdırmayan və həqiqətlərin nədən ibarət olduğunu bilməyən bəzi mətbuat nümayəndələri qarşı tərəfin münasibətini öyrənmədən qərəzli şəkildə bu yalan, iftira və böhtan kampaniyasının oyuncağına çevriliblər. Hər şeydən əvvəl, Zamanova Ülviyyəni həmkarı kimi təqdim edən jurnalistlərin ilk xətasını nəzərinə çatdırmaq istəyirəm. Bu qadın dul deyil, boşanmış qadın kimi Cavadlı soyadını da, həsrətində olduğu mülkiyyət hüququnu da 2019-cu ildə itirib. Ştatdankənar işlədiyi Az.TV-də onun vəzifəsi və şəxsiyyəti barədə kiçik bir sorğu aparılsaydı bu qadın haqqında tam təsəvvür yaranardı. Bu, məsələnin çox vacib məqamıdır, çünki irəli sürülən iddiaların hüquqi və mənəvi aspektlərini müəyyənləşdirir”.​Qəmər xanım qarşı tərəfin iddialarını “nağıl” adlandırıb: “Həmin qadın deyir ki, guya “dişləri-dırnaqları ilə vəsait toplayaraq” ev alıblar. Amma o, undur ki, həmin ev “Axundov bağı” tərəfində mövcud olan dədə-baba mülkümüzün sökülməsi nəticəsində vərəsəlikdən düşən pay hesabına  alınıb və bilavasitə qardaşım Lətifin şəxsi mülkü statusunda olub. Bunu təsdiq edən sənədlərimiz var,  əgər həmin qadında da onun mülkiyyət hüququnu təsdiq edən sənəd varsa rica edirəm, təqdim etsin. Ayrıca onu da qeyd etmək istəyirəm ki, Binəqədi rayonu Ağamalıoğlu küçəsi 5 ünvanındakı həyət evi alınarkən Ü. Zamanova heç yerdə işləmirdi, onun maddi cəhətdən ev alqısında iştirakı faktiki olaraq ikinci böyük yalandır. Həmin qadın övladlarının vəfat etmiş atalarına görə təqaüd məsələsini həll edib ki, haqqı olduğu üçün halal xoşu olsun! Sonra üz tutub mülkiyyət məsələsini həll etməyə. Bu zaman aidiyyatı olan bütün dövlət qurumlarında ona məsələnin mahiyyətini belə izah ediblər: boşandığı üçün mülkiyyət hüququnu 2019-cu ildə itirmişdir, vərəsəlik haqqı yalnız onun 3 övladına və mərhumun anası sağ olduğu üçün anasına aiddir! Həm də dövlət mülkiyyət və vərəsəlik iddiasında ola biləcək şəxslər üçün 6 (altı) ay müddət təyin edibdir ki, bu müddət də 2022-ci ilin 8 fevral tarixində tamamlanacaq. Bu – dövlətin qərarıdır, nə mənim, nə də kimsənin mövcud qanunvericiliyi dəyişdirməyə haqqımız çatırmı?! Amma çox təəssüf ki, həmin qadın bu qərarın arxasında mənim durduğumu zənn edir. Haqqımda yazdırdığı iftira xarakterli məqalələri bəzi saytlarda, sosial şəbəkələrdə tirajladır, tanışlarıma və qohumlarıma mərhum qardaşımın telefonu ilə təhdid mesajları yollayır, həyat yoldaşımın iş yerinə hücum edir, 80 yaşlı qaynanasına “səni gəlib evində diri-diri yandıracam”, “kaftar, öləcəksən!” deyə zənglər edir və bu səs  yazıları məndə  var, hətta utanmadan məni rəzil-rüsvay etdiyini fəxrlə elan edir. Ülviyyə Zamanova unudur ki, rəzil o şəxsdir ki, yalanlarla cəmiyyəti, insanları aldadır, özünü də, mənsub olduğu ailəni də biabır edir!”​Qəmər Cavadlı Ülviyyə Zamanovadan  guya pul tələb etmələrinə də aydınlıq gətirib: “Yalanın böyüyü və “nağılın” növbəti mərhələsi mənim və anam Nailə Cavadlının guya bu qadından 30-40 min dollar (!!) pul tələb etməyimizdir.  Burada mən bir az şübhəyə düşürəm – görəsən onun ağıl sağlığı yerindədirmi? Onun niyyəti evi tam şəkildə əlinə keçirdikdən sonra satmaq və harasa köçüb getməkdir. Bu niyyətinə bir tək anamın 25 faizlik vərəsəlik haqqı mane olduğu üçün qadın əməlli-başlı psixi tarazlığını itirib. Kimsə onun evinə getməyib, ondan heç bir şey tələb olunmayıb, övladlarının haqqına müdaxilə edilməyib. İsterika dərəcəsində həyasızlıq etməkdə məqsədi – anamı öz hüququndan imtina etməyə məcbur etməkdir. Bu niyyətlə qadın anama, ikinci qardaşımın oğluna və özəlliklə mənə qarşı olmazın ağlasığmaz həqarətlər edir, hətta bizə qarşı fiziki güc tətbiq edəcəyinin anonsunu verir. Bütün bunları sübut edən dəlillər var.İndi ortaya çıxan ən önəmli sual – mənim bu məsələdə günahım nədir? Mənim kimi qanuna dərin hörmət və ilahi dəyərlərə Allah qorxusu ilə yanaşan birisi azacıq məntiqi olan hər kəsdən soruşuram: mənim bu məsələyə hüquqi və mənəvi cəhətdən necə aidiyyatım ola bilər? Haqqımda yazdırdığından belə məlum olur ki, guya mənim saysız-hesabsız varidatım var. Doğrusu, bu məqamda bişmiş toyuğu da gülmək tutur. Ailəmə aid olan və halallıqla alınmış mülkiyyəti kriminal kimi təqdim etmək yersiz cəsarətdir. Bəli, mən Xırdalanda 2 sot torpaq sahəsi olan, 1 sotu üzərində 2 mərtəbəli evdə yaşayıram, amma oranın “Milyonerlər məhəlləsi” olduğunu ilk dəfədir ki,eşidirəm.
Mərdəkandakı “villa” 1948-ci ildə həyat yoldaşımın Lenin ordenli müəllim babasına hədiyyə edilmiş bağ sahəsidir, bizə düşən 12 sotda hovuzsuz, saunasız və sair dəm-dəstgahsız tikilmiş sadə Bakı bağlarındandır. Oğlum və qızımın adına olan mənzillər – onların ailəvi mülkiyyətidir, özəlliklə anamın müvəqqəti yaşadığı mənzil qudalarıma aiddir. İstanbulda 4 otaqlı mənzilim yoxdur, Beylikdüzü səmtində 1 otaqlı kiçik bir mənzil aldıq ki, həyat yoldaşım və mən kardioloji xəstə olduğumuz üçün həkim müayinəsinə gedərkən otellərdə qalmayaq. Qubadakı “hektarlarla sahə” söhbəti isə tam bir fiaskodur, bunu sübut etmək üçün Ü.Zamanova və onun himayədarları olan “həmkarları” ən azından Qubadakı müvafiq qurumlara sorğu göndərsəydilər tam əminəm ki, nəticədə utanan mən yox, onlar olardı.​Bütün bu yalanların içərisində doğruya bənzəyən bir tək həqiqət var, fəqət o da yarımçıq həqiqətdir. Bəli, qardaşımın üç övladı var, onlardan böyüyü Türkiyədə tələbədir və qadın etiraf etmək istəməsə də, onun bu günə qədər bütün təhsil, gediş-gəliş, yataqxana və s. xərclərini mən ödəmişəm. Ona halal, anasına haram xoş olsun! Uşaqlardan biri anadangəlmə xəstədir, müalicəsi, dərmanları üçün xərclədiklərimi rona da halal edirəm, çünki onlar mənim həyatdan erkən getmiş qardaşımın yadigarlarıdır. Yalnız bir məqam diqqətimi çəkir: sapasağlam yeriyən, fiziki baxımdan normal, təkcə əqlı cəhətdən geriliyi olan bir uşağı yatağa uzadıb şəklini yayınlamaq oyunları kimləri aldatmaq məqsədi güdürdü? Əqli xəstələrin müalicəsinin mümkün olmadığını bilə-bilə Almaniya müalicəsi barədə yalan uydurmaqla kimi ələ salırdınız – mətbuat nümayəndələrini yoxsa geniş ictimaiyyətimi?”​QMİ sədrinin müavini bildirib ki, bu iftira kampaniyası onun şərəf və ləyaqətinə, ictimai nüfuzuna ləkə vurmaqla yanaşı, eyni zamanda təmsil etdiyi qurumun imicinə kölgə salmaq məqsədi daşıyır: “Bəzi yazılarda ölkə başçısına və birinci xanıma müraciət edilməsi ən azından dövlət rəhbərliyini yalan informasiya ilə aldatmaq kimi də dəyərləndirilə bilər. Dünyanın müsəlman idarələri tarixində ilk vəzifə sahibi olan müsəlman qadınını, həyatını xeyriyyəçiliyə və dini maarifləndirməyə həsr etmiş birisini, beynəlxalq miqyasda tanınan elm və irfan sahibi Qəmər xanım Cavadlını çirkin iddialarla alçaltmaq, əminəm ki, bu günkü reallıqda ancaq erməni mediasını sevindirər”.Qəmər Cavadlı əlavə edib ki, məsələ ilə bağlı məhkəməyə müraciət etmək fikrindədir: “Bu məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməzdən əvvəl müvafiq media qurumlarına Azərbaycan milli mətbuat məktəbinin yaradıcılarından olan Cavadlılar nəslinin nümayəndəsi, BDU jurnalistika fakültəsinin keçmiş müəllimi, AJB-nin üzvü, “Qızıl Qələm” və “Həsən bəy Zərdabi” mükafatları laureatı kimi müraciət etmək istəyirəm- İftira – bu həyatda hər kəsin başına gələ biləcək hadisədir. Zaman-zaman cahil insanlar peyğəmbərlərə belə iftira atmışlar. Mən sizə iftiraya görə veriləcək ilahi cəzanın ağırlığından qorxmağı məsləhət görürəm. Haqqı nahaqqa verməyin! Bu, sizi həm cəmiyyət, həm də Allah qarşısında rəzil edər! Cənablar ! Fakt materialı üzərində işləyin, çünki Fakt – Əlahəzrətdir!”
Miq.Az

Bunu da oxuyun

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Previous Post

Sədr müavini barəsində deyilənlərə aydınlıq gətirdi

Next Post

ÜST: Omicron ştamından ölüm halları yüksək deyil

Bənzər yazılar

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30

Oktyabrın 4-də Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən yolötürücülərində instrumental müayinə işləri çərçivəsində Ziya Bünyadov prospektində yolötürücüsü müayinə olunacaq. Elchi.az...

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir...

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09

Azərbaycanda faktiki hava açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, oktyabrın 3-ü saat 11:00-a olan məlumatına əsasən...

Next Post
ÜST: Omicron ştamından ölüm halları yüksək deyil

ÜST: Omicron ştamından ölüm halları yüksək deyil

ÜST: Omicron ştamından ölüm halları yüksək deyil

ÜST: Omicron ştamından ölüm halları yüksək deyil

Son xəbərlər

Anatoli Kaşpirovski vəfat etdi

Anatoli Kaşpirovski vəfat etdi

03 Oktyabr 2026 - 13:43
Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30
Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

03 Oktyabr 2026 - 13:16
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

03 Oktyabr 2026 - 12:40
NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

03 Oktyabr 2026 - 12:21
Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09
Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53
Azərbaycan Prezidenti İraq liderini təbrik edib

Azərbaycan Prezidenti İraq liderini təbrik edib

03 Oktyabr 2026 - 11:52
Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51
Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

03 Oktyabr 2026 - 11:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.