Yonhap-ın məlumatına görə, Silahlı Qüvvələr Günü Seulda Cənubi Koreya prezidenti Yoon Suk Yeol və müdafiə naziri Li Çen Supun iştirakı ilə paradla qeyd olunub.
Elchi.az xəbər verir ki, son 10 ildə ilk dəfə keçirilən paradda 3700-ə yaxın əsgər iştirak edib.
Mərasimdə ölkənin raketləri və tankları da daxil olmaqla 170 hərbi texnika sərgilənib.
Cənubi Koreyada Silahlı Qüvvələr Günü münasibətilə hər 5 ildən bir mərasim keçirilir.
Ölkədə sonuncu dəfə 2013-cü ildə Silahlı Qüvvələr Günündə hərbi parad keçirilib.
Cənubi Koreyada 2018-ci ildə Silahlı Qüvvələr Günündə o vaxtkı prezident Mun Çje İn administrasiyasının Şimali Koreya ilə barışıq cəhdləri çərçivəsində parad keçirilməyib.
Şayəstə Hüseynova