“İran sosial şəbəkələrində əsasən azərbaycanlı istifadəçilər bir video paylaşıb etiraz bildirirlər. Videodan görünür ki, Ermənistana yük daşıyan avtomobillərin üzərindəki Səttar xan təsvirləri ermənilər tərəfindən qara rənglə boyanır. Azərbaycanlı sürücülər bunu təhqir bildiyindən etiraz edir, İran rəsmilərinin də münasibət bildirməsini istəyirlər”.
Elchi.az xəbər verir ki, bu barədə Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun sabiq müdiri Cəmaləddin Quliyev Feysbuk hesabında qeyd edib:
“İrandakı Məşrutə inqilabına da, o illər Cənubi Azərbaycandakı inqilabi hərəkata da münasibət birmənalı deyil. Amma madam ki, Səttar xanı belə milli rəmz , Sərdari-milli bilir, onun təsvirlərinin korlanmasını təhqir sayırsız, onda Ermənistana yük daşımaq nədir? Sərdari-millinin təsviri altında da Ermənistanı gücləndirəcək əmələ getmək olarmı?
Yox əgər hara yük daşımağın sizin üçün əhəmiyyəti yoxdursa, onda yük avtomobilinin üstündəki təsvirin Səttar xanı, qara kvadratı, ya Kim Qardaşyanı əks etdirməsinin nə fərqi?”.
Yeganə