Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa avqustda keçirilməsi planlaşdırılan BRİKS sammitinin ənənəvi üz-üzə formatda keçirilməsinə qərar verildiyini bildirib.
Elchi.az-ın CNN.com-a istinadən xəbərinə görə, o qeyd edib ki, təşkilat üç ilə yaxındır ki, üzbəüz sammitlər keçirmir.
Ramafosan Tvitter hesabında verdiyi açıqlamada qeyd edib:
“BRİKS sammitimiz olacaq. Sammit virtual olmayacaq.”
Qeyd edək ki, bundan əvvəl yerli mətbuat yazıb ki, ölkə hakimiyyəti tədbirin keçirilməsi üçün mümkün alternativ variantları, o cümlədən Rusiya prezidenti Vladimir Putinin iştirakını müzakirə edir. Beynəlxalq Cinayət Məhkəməsinin ona qarşı daha əvvəl çıxardığı orderə görə Rusiya Federasiyası Prezidentinin çıxışının videobağlantı vasitəsilə edilə biləcəyi təsdiqlənib. Kreml Putinin sammitə dəvət aldığını və onun iştirak formatına uyğun olaraq qərarların işə daha yaxından veriləcəyini bildirib.
Yeganə