Cənubi Koreya Ukraynaya silah tədarük etmək istəmədiyini açıqlayıb

59

Seul Kiyevə humanitar yardım göstərməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, Seul hazırda Kiyevi silahla təchiz etməyə hazır deyil. Belə bir bəyanatla cümə günü, martın 3-də Cənubi Koreyanın baş naziri Han Dok Su çıxış edib.
Hökumət başçısı CNN-ə müsahibəsində Ukraynaya öldürücü silahların göndərilməsinin mümkünlüyü ilə bağlı suala “Mən indi yox” deyə cavab verib.
Buna baxmayaraq, Han Dok Su qeyd edib ki, bu il Cənubi Koreya Kiyevə 130 milyon rubl məbləğində humanitar yardım göstərmək niyyətindədir. “Lakin biz öldürücü silahlar verib-verməyəcəyimizə hələ qərar verməmişik” dedi baş nazir.
Cənubi Koreya bu günə qədər Kiyevə yalnız humanitar yardım, həmçinin hərbi təyinatlı əşyalar, o cümlədən dəbilqələr verib, lakin silahla təmin olunmayıb.

Şayəstə