“Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi
məbləğləri” yeni redaksiyada təsdiq edilib.
Bu, Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb
edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.
Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri
(manatla) | |||
Təhsil alan kontingent | Pedaqoji işçilər | ||
professor və ya elmlər doktoru | dosent və ya fəlsəfə doktoru | elmi dərəcəsi, elmi adı olmayanşəxslər | |
Bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurs-larının dinləyiciləri, fəhlələr | 12,40 | 8,20 | 6,40 |
Xüsusi təyinatlı (hərbi, dövlət təhlü-kəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri | 14,70 | 10,70 | 7,20 |
Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisas- artırma kurslarının dinləyiciləri | 17,70 | 12,40 | 8,20 |