"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Bu ədalətsiz qərardır” – Vəkildən açıqlama

04 İyun 2023 - 16:59
in CƏMİYYƏT
FacebookVatsap

 

Bunu da oxuyun

FHN növbəti şərti yanğın təlimi keçirdi – FOTO/VİDEO

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

“Adətən qisas motivləri, şəxsi münasibətlər zəmnində yaranan mübahisələr zamanı bir şəxs həyatdan məhrum olursa təqsirləndirlən şəxsə AR CM-nin 120.1 – ci maddəsi ilə ittiham elan edilir. Orada cəza 9 ildən 14 ilə kimidir. Ağırlaşdırıcı halları da var. Məsələn xuliqanlıq niyyəti ilə adam öldürmə. Bu işdə də prokurorluq uzun müddət AR CM-nin 120.1-ci maddəsi ilə işi apardı. İkisi uşaq olmaqla dörd nəfər  dindirildi. Adətən uşaqlar düz danışır”.

Elchi.az xəbər verir ki, bu fikirləri Faktmedia.az-a açıqlamasında Cüdoçu Turanın ölümündə təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov deyib.

Vəkil eyni zamanda qeyd edib:”Bu uşaqlar ifadələrində bildiriblər ki, dünyadan köçən şəxs müdafiə etdiyim şəxsi ağır söyüşlərlə təhqir edib. Bunları mən özümdən demirəm. Məsuliyyətimi də dərk edirəm. Şahidlərin adlarını sadalaya bilərəm. İstintaq zamanı dindirilmiş Sumqayıt şəhər 30 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Hüseynov Şirin ifadəsində belə deyib. Paşazadə Mehrab da şahid qismində dindirilib və eyni ifadəni verib. Dörd nəfər şahid israrla bildirir ki, valideynlərini təhqir edib, başqa ağır söyüşlər söyüb. Hətta son məhkəmə iclasında polis əməkdaşı ifadəsində bildirib ki, dava zamanı qoluna girib aparanda dedi ki, o məni söydü, mən də vurdum. Şahidlərin bu fikirlərini sadalamaqla mən təqsirləndirilən şəxsə haqq qazandırmıram. Hər bir halda qətl var və səmimi peşmançılıq var.

Mənim fikirlərim insanları çaşdırmasın. Mən vəkiləm və hüquq dilində danışıram. Sadaladığım bu məsələlər də göstərir ki, cinayətin motivi var, səbəbi var, həm də ciddi səbəbi var. Cəmiyyətdə yazılmamış əxlaq normalarını götürsək, digər tərəfdən hüquq normaları deməyə əsas verir ki, cinayət səbəbsiz deyil”.

Qeyd edək ki,  İbtidai istintaq orqanı və məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının müddəaları heçə sayılır. Məhkəmələr orada tövsiyyə edilir ki, səbəb olmayanda, bəhanə ilə adam öldürəndə əməl xuliqanlıq niyyəti ilə adam öldürmə sayılır”.

A.Məmmədiv  bu hadisədə səbəb olduğunu təsdiqləyir:” Buna baxmayaraq cəmiyyətə belə sırımağa cəhd etdilər ki, guya Ruslan Səfxanov səbəbsiz yerə mərhumu öldürüb. Biz də qarşı-qarşıya çıxmadıq. Mən özüm dedim ki, səbirli olun. Həssas bir məsələdir. Çünki cəmiyyət deyir ki, ortada ölüm hadisəsi varsa səbəbi maraqlı deyil. Hətta ortaya atdılar ki, guya uşağın paxıllığın çəkirmiş.

Amma müdafiə etdiyim şəxs dünya ikincisidir. Bir neçə yarışın qalibidir. Universitet tələbəsidir. Sözümün canı odur ki, ortada paxıllıq, məqsədli hərəkət yoxdur. İttihamda da mərhumun təqsirləndirilənə ağır söyüşlər söydüyü öz təsdiqini tapıb. Hətta bu söyüşləri bəhanə etdiyini qeyd edilib. İki idmançı, həm də eyni gücdə olan idmançı olub. Sadəcə, mən müdafiə etdiyim şəxs qanunsuzluq edib, insanı həyatdan məhrum edib. Bütün bu sadalananlar, şahidlərin ifadəsi, söyüş söyülməsi, hamısını kənara qoyub ən ağır cəza istəmək doğru deyil. 20 il cəza istəmək doğru deyil. Bununla 3-5 gün kimisə sakitləşdirmək olar. Buna hansı hüquqşünas baxsa qəlbində tam əmin olar ki, ədalətsiz qərardır. 20 ildən o yana ömürlükdür. Axı söyüş öz təsdiqini tapıb. Niyə xuliqanlı niyyəti ilə adam öldürmə kimi hüquqi qiymət verib 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyir dövlət ittihamçısı? Bunu bir hüquqşünas kimi deyirəm ki, tam ədalətsiz ittihamdır. Həmçinin qeyd etmək istəyirəm ki, məhkəməyə insanlar tərəfindən o qədər təzyiq oldu ki, məhkəmə araşdırması zamanı mərhumun hüquqlarını müdafiə etdiyim şəxsi söydüyünü eşidən uşaqları çağırıb dindirmədilər. Onların yalnız ifadələri məhkəmədə elan olundu. Halbuki onlar məhkəmə iclasına dəvət olunsa və dindirilsəydi cəmiyyətimizə tam şəkildə aydın olacaqdı ki, qətl hadisəsinin baş verməsinə səbəb nə olmuşdur. Hazırda məhz cəmiyyətimiz tərəfindən israrla təzyiq olunduğu üçün hüquqlarını müdafiə etdiyim şəxs AR CM-nin 120.2.2-ci maddəsində ittiham olunur və ona 20 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin olunması istənilir. Yəni belə başa düşürük ki, təzyiq olduğu üçün 20 yaşlı bir gənc 20 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir? İnsanlar nə qədər qınasa da, bir hüquqşünas kimi bunları diqqətə çatdırmaq mənim borcumdur. Cəza axı sitəm xarakterli deyil. Buna görə də, hüquqlarını müdafiə etdiyim şəxsə də cəza təyin edilərkən, onun barəsində ittiham hökmü çıxarılarkən qanunvericiliyin tələblərin gözləməlidir”.

 

Previous Post

“Bu ədalətsiz qərardır” – Vəkildən açıqlama

Next Post

NATO-dan Türkiyəyə təşəkkür…

Bənzər yazılar

FHN növbəti şərti yanğın təlimi keçirdi – FOTO/VİDEO

FHN növbəti şərti yanğın təlimi keçirdi – FOTO/VİDEO

12 Noyabr 2026 - 11:10

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi...

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

12 Noyabr 2026 - 09:11

“Konstitusiyamızda dünya konstitusiya təcrübəsindən istifadə olunmuşdur. Ancaq eyni zamanda bizim Konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini, bu gününü və gələcəyini özündə...

QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

11 Noyabr 2026 - 20:11

Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi ciddi şəkildə qınayıb,...

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

11 Noyabr 2026 - 20:09

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi...

Next Post
NATO-dan Türkiyəyə təşəkkür…

NATO-dan Türkiyəyə təşəkkür...

NATO-dan Türkiyəyə təşəkkür…

NATO-dan Türkiyəyə təşəkkür...

Son xəbərlər

SEPAH: Hörmüz boğazında neft daşıyan iki supertanker partlayıb

SEPAH: Hörmüz boğazında neft daşıyan iki supertanker partlayıb

12 Noyabr 2026 - 12:08
İndoneziyada Semeru vulkanı gün ərzində azı altı dəfə püskürüb

İndoneziyada Semeru vulkanı gün ərzində azı altı dəfə püskürüb

12 Noyabr 2026 - 11:46
“Latsio”nun futbolçusuna İngiltərədən üç təklif var

“Latsio”nun futbolçusuna İngiltərədən üç təklif var

12 Noyabr 2026 - 11:34
Aşqabadda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş konsert keçirildi

Aşqabadda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş konsert keçirildi

12 Noyabr 2026 - 11:27
Parlamentin 3 komitəsinin birgə iclası keçirilir

Parlamentin 3 komitəsinin birgə iclası keçirilir

12 Noyabr 2026 - 11:19
FHN növbəti şərti yanğın təlimi keçirdi – FOTO/VİDEO

FHN növbəti şərti yanğın təlimi keçirdi – FOTO/VİDEO

12 Noyabr 2026 - 11:10
Varşavada Müstəqillik Günü yürüşü zamanı 59 nəfər saxlanılıb

Varşavada Müstəqillik Günü yürüşü zamanı 59 nəfər saxlanılıb

12 Noyabr 2026 - 10:57
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb

Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb

12 Noyabr 2026 - 10:49
Goranboyda 35 yaşlı kişi güllələndi

Goranboyda 35 yaşlı kişi güllələndi

12 Noyabr 2026 - 10:35
Azərbaycanda muzdla çalışanların sayı 1,8 milyon nəfərə çatıb

Azərbaycanda muzdla çalışanların sayı 1,8 milyon nəfərə çatıb

12 Noyabr 2026 - 10:27
Türkiyədə güclü külək səbəbindən bir sıra dəniz reysləri ləğv edilib

Türkiyədə güclü külək səbəbindən bir sıra dəniz reysləri ləğv edilib

12 Noyabr 2026 - 10:15
Millətlər Liqası: Türkiyə millisi Belçikanı qəbul edir

Millətlər Liqası: Türkiyə millisi Belçikanı qəbul edir

12 Noyabr 2026 - 10:09
Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər

Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər

12 Noyabr 2026 - 09:59
FHN-nin “Xilasedici” voleybol komandası Çempionlar Liqasının təsnifat mərhələsində qələbə qazanıb

FHN-nin “Xilasedici” voleybol komandası Çempionlar Liqasının təsnifat mərhələsində qələbə qazanıb

12 Noyabr 2026 - 09:47
Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb

Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb

12 Noyabr 2026 - 09:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.