"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`Bu yara heç vaxt sağalmayacaq…` – Leyla Əliyeva

29 Fevral 2016 - 23:44
in XƏBƏR LENTİ
FacebookVatsap

Rusiya paytaxtında Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Bunu da oxuyun

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

 

 APA  xəbər verir ki, tədbir “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi və Rusiya-Azərbaycan Gənclər Birliyi (AMOR) tərəfindən təşkil edilib.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə iştirakçıları məlumatlandırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti faciə qurbanlarının xatirəsini bir daha yad edərək, bu hadisələrdən 24 il keçməsinə baxmayaraq, onun yaddaşlarda daha da möhkəmləndiyini bildirib: “Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsidir. Artıq 30 ilə yaxındır ki, bu münaqişə davam edir. Nəticədə 20 faiz torpaqlarımız işğal altınadır, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. İşğal olunmuş ərazilərimizdəki tarixi abidələrimiz məhv edilir. Bu ərazini Azərbaycan mədəniyyəti ilə bağlayan hər şey silinir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həmin insanları yalnız azərbaycanlı olduqlarına görə öldürüblər. Bu yara heç vaxt sağalmayacaq”.

Leyla Əliyeva Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq, son illər bu hadisələrin qlobal səviyyədə tanınması istiqamətində səylərin artmasını, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunmasını təqdir edib: “Dünya ictimaiyyəti tərəfindən Xocalı soyqırımına ədalətli və hüquqi qiymət verilməlidir. Günahkarlar cəzalandırılmalıdır. Biz inanırıq ki, dünya ictimaiyyəti bu faciəvi hadisəni qulaqardına vurmayacaq. Artıq 24 ildir ki, biz bu soyqırımı barədə danışırıq. Bizim səsimiz ən yüksək tribunalardan eşidilib. Bugünkü gündə ABŞ-ın 10-dan çox ştatının senatı və bir sıra ölkələrin- Kanada, Meksika, Kolumbiya, Pakistan, Peru, Serbiya, Bosniya və Hersoqaviniya, Rumıniya, Çexiya, İordaniya, Sudan, Panama və Hondurasın qanunverici orqanları Xocalı soyqırımını tanıyıb. 2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına başladıq. Bizim məqsədimiz dünya ictimaiyyətinin nəzərinə bu faciə haqqında həqiqətləri çatdırmaqdır. Belə faciənin bir daha təkrarlanmaması üçün əlimizdən gələni əsirgəməməliyik. Bu gün “Xocalıya ədalət” beynəlxalq kampaniyasını 115 təşkilat, 120 mindən çox insan dəstəkləyir. Hesab edirəm ki, vaxt keçdikcə, bu insanların sayı daha da artacaq. Daha çox ölkələr bu soyqırımı tanıyacaqlar. Dünyada belə qəddar cinayət və zorakılığa yer olmamalıdır. Biz bu istiqamətdə fəaliyyətimizi dayandırmayacağıq və Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda davam edəcəyik”.

Leyla Əliyeva Xocalı faciəsinin hər zaman yaddaşlarda qalacağını qeyd edib: “Səmimi qəlbdən inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Ata-baba yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimiz öz evlərinə qayıdacaqlar”.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu çıxış edərək Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən faciəvi səhifəsini təşkil etməsi ilə yanaşı, onun yeganə hal olmadığını bildirib və diqqəti Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə, inkişafa mənfi təsirinə, eləcə də regionda sülh və təhlükəsizliyin təmin edilməsinə yönəldib: “Xocalıda baş verən cinayətin heç bir insani izahı yoxdur. Bu cinayətə heç bir haqq qazandırmaq olmaz. Təəssüflər olsun ki, dünya Xocalı faicəsinə laqeyd qalır”.

Tədbirdə azərbaycanlı və rusiyalı rəssamların Xocalı soyqırımı ilə bağlı rəsmlərinin sərgisi də təşkil olunub.

Previous Post

`Bu yara heç vaxt sağalmayacaq…` – Leyla Əliyeva

Next Post

Təcili: Moskva metrosunda terror xəbəri yayıldı

Bənzər yazılar

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

21 Oktyabr 2026 - 13:09

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 373 cinayət işi başlanılıb....

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026”...

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb. Elchi.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində...

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir. Elchii.az azxəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi UEFA Çempionlar...

Next Post

Təcili: Moskva metrosunda terror xəbəri yayıldı

Təcili: Moskva metrosunda terror xəbəri yayıldı

Son xəbərlər

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

21 Oktyabr 2026 - 13:42
“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

21 Oktyabr 2026 - 13:30
Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

21 Oktyabr 2026 - 13:18
Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

21 Oktyabr 2026 - 13:09
Tramp Fransadakı iğtişaşları kütləvi miqrasiya ilə əlaqələndirib

Tramp Fransadakı iğtişaşları kütləvi miqrasiya ilə əlaqələndirib

21 Oktyabr 2026 - 13:00
Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

21 Oktyabr 2026 - 12:53
Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

21 Oktyabr 2026 - 12:49
Noyabrda 5 günlük tətil olacaq

Noyabrda 5 günlük tətil olacaq

21 Oktyabr 2026 - 12:38
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

21 Oktyabr 2026 - 12:29
DYP Quba–Bakı yolunun Sulutəpə istiqamətində təmirlə bağlı sürücülərə müraciət edib

DYP Quba–Bakı yolunun Sulutəpə istiqamətində təmirlə bağlı sürücülərə müraciət edib

21 Oktyabr 2026 - 12:28
Bu il 2 565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib

Bu il 2 565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib

21 Oktyabr 2026 - 12:08
Fransada qırıcı təyyarə qəzaya uğradı: 1 ölü, 1 itkin

Fransada qırıcı təyyarə qəzaya uğradı: 1 ölü, 1 itkin

21 Oktyabr 2026 - 11:55
Komitə sədri: İşğaldan azad edilən ərazilərin bərpasına 28 milyard manat xərclənib

Komitə sədri: İşğaldan azad edilən ərazilərin bərpasına 28 milyard manat xərclənib

21 Oktyabr 2026 - 11:49
Mllli Məclisdə konfrans keçirilir

Mllli Məclisdə konfrans keçirilir

21 Oktyabr 2026 - 11:36
Ordubada qar yağıb – FAKTİKİ HAVA

Ordubada qar yağıb – FAKTİKİ HAVA

21 Oktyabr 2026 - 11:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.