Stokholm polisi avqustun 14-də Quranın yandırılması ilə yeni etiraz aksiyasının keçirilməsinə icazə verib. Elchi.az xəbər verir ki, bu barədə “SVT” nəşri yazır.
Nümayişin təşkilatçısı İraqdan olan mühacir Salvan Najemdir, o, əvvəllər həmyerlisi Salvan Momika ilə birlikdə oxşar aksiyalar keçirib. Nümayiş yenidən parlament binası qarşısında keçiriləcək.
Analoji aksiya avqustun 3-də də baş verib. Oxşar etirazlar İsveçdən başqa Danimarkada da keçirilib. Müsəlman dünyasının rəsmiləri və diplomatlarının əks reaksiyasına səbəb olubar.
Havar Şəfiyeva