Polşa Belarusla dəmir yolu yük daşımalarını bağlamaq imkanını nəzərdən keçirir. Elchi.az xəbər verir ki, bu barədə “PAP”a müsahibəsində Polşanın daxili işlər və administrasiya nazirinin müavini Maşey Vonsik bildirib.
Onun sözlərinə görə, Polşa malların əhəmiyyətli hissəsinin bu kanallardan keçdiyini bilir. Vonsik xatırladıb ki, indi sərhəddə iki keçid məntəqəsi var – sərnişin və yük, onlar yalnız Avropa İttifaqında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrindən keçir.
Qeyd edək ki, hazırda dəmir yolu nəqliyyatında heç bir məhdudiyyət yoxdur.
İyulun sonunda Polşanın daxili işlər və administrasiya naziri Mariuş Kaminski bildirib ki, Aİ və Belarusla həmsərhəd olan NATO ölkələri onu tamamilə təcrid etməyə hazırdır. Onun sözlərinə görə, təxribat təhlükəsi olduğu üçün belə tədbirlər görülə bilər.
Havar Şəfiyeva