Kolumbiyanın Subaçoqu qəsəbəsində polis helikopteri qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterdə olan 2 polis ölüb, 3-ü yaralanıb.
Rəsmilər helikopterin əməliyyatdan qayıdarkən qəzaya uğradığını açıqlayıb.
Kolumbiyanın müdafiə naziri Dieqo Molano Tvitter hesabında həyatını itirən polis məmurlarının ailələrinə başsağlığı verib.
Qəzanın səbəbləri araşdırılır.