ABŞ Prezidenti Co Bayden və yaxın ətrafı 79 yaşlı liderin 2024-cü ildə ikinci dəfə namizədliyini irəli sürmə planlarından danışırlar.
Bu barədə “Vaşinqton Post” qəzeti yazıb.
“Ondan eşitdiyim yeganə söz odur ki, növbəti dəfə prezident olmağı planlaşdırır. Mən buna çox şadam”, – Baydenin dostu və keçmiş senator Kriss Dodd deyib.