"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bu nəhəng trafiki pula necə çevirmək olar? – Yubilyar

25 Aprel 2017 - 21:43
in XƏBƏR LENTİ
FacebookVatsap

Tanınmış şair və jurnalist Zahir Əzəmət bu gün özünün və rəhbəri olduğu “Qaynarinfo.az” saytının ad günlərini qeyd edir.

Bunu da oxuyun

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Z.Əzəmətin bu münasibətlə Kult.azmüsahibəsini təqdim edirik:

– Öz ad günündə doğulan “Qaynarinfo” artıq 10 yaşını tamamladı. Hansı hissləri keçirirsən?

– İkiqat bayramdır, xoşdur. Amma 42 dəfə ad günü görmək artıq onun adiləşməsidir. “Qaynarinfo”nun 10 yaşını tamamlaması isə daha önəmlidir mənimçün. Amma həm də qayğılandırır. Əslində, hər şey indi başlayır. İndi daha böyük məsuliyyət var üzərimizdə. Sonrakı illər üçün aydın strategiyamız olmalıdır. 3 min xəbər saytı var və biz bu saytların içərisində həm mövqeyimizi qorumalı, həm də böyüməyə davam etməliyik. Şərtlər əvvəlki illərdən daha ağırdır.

– “Qaynarinfo” fəaliyyətə başlayanda ölkədə demək olar ki, elektron media yox dərəcəsində idi, sən lahiyələrinlə ilklərə imza atmısan. Bu “ilkin”i böyütməkdə çətinliyin çoxmu oldu?

– İlk bir neçə ili ümumiyyətlə heç bir gəlir və maddi-texniki resurs olmadan çalışdıq. Entuziazm, könüllük və böyük zəhmət hesabına ayaqda qaldıq. Ofissiz çalışdığımız vaxtlar da az olmadı. Kənar təsirlər də çox idi. Amma biz bunları oxucuya hiss etdirməməyə çalışdıq. Bütün problemlərə rəğmən, biz ayaqda qalmağı və saytın fasiləsiz iş rejimini təmin etməyi bacardıq. Bu gün “Qaynarinfo” özü-özünü saxlamağa yetərli bir strukturdur. Normal reklam gəlirlərimiz var, digər fərqli və gəlir gətirən internet layihələrimiz fəaliyyətə başlayıb. Amma biz daha böyük hədəflər haqqında düşünməkdən də qalmırıq.

– Səni qane etməyəcək nələr var?

– Bu gün internet mediasının ortaq problemləri çoxdur. Hamımız aşağı-yuxarı eyni problemləri yaşayırıq. Əksər saytların tərzi eynidir. Başlıq tipindən tutmuş yazı üslubuna və məzmuna qədər. Bir çox hallarda hətta texniki məsələlər və tərtibat da oxşardır. Bütün bunlardan danışanda isə səbəb kimi eyni şeyi göstəririk: “Pul və reklam yoxdur”. Amma pul olsa, nə dəyişəcək ki? Öncə yanaşmamızı dəyişməliyik. Maddi sıxıntı və asılılıqdan qurtulmağın daha sivil yollarını axtarmalıyıq. Bəlkə də saytlarımızın idarəetməsinə menecerlər, marketoloqlar cəlb etməliyik. Gücümüzü daxili potensialımızın kəşfinə yönəltməliyik. Əgər bir sayta gündə 50-100 min arası oxucu girirsə, deməli o, yalnız bir xəbər saytı deyil, həm də ölkənin, hətta bütün Qafqazın ən böyük bazar yeri, virtual ticarət mərkəzi, insanların könüllü toplaşdığı bir qovşaqdır. Bəs bu böyük axından necə yararlanmalı? Bu nəhəng trafiki necə pula çevirməli? Bizim əsas səhvimiz həm də odur ki, “hər şeyi hamıdan yaxşı bilirəm” qənaətindəyik. Halbuki bu işi daha yaxşı bacara biləcək menecerlər var, onları cəlb etməli və çıxış yolu axtarmalıyıq. Jurnalistin işi yazı yazmaqdır, amma bir saytın əməkdaşlarının daha böyük qismini dizaynerlər, proqramçılar, marketololqar təşkil etməlidir. Biznes struktura çevrilməliyik. Yenilənmək və fərq yaratmağın zamanıdır artıq. Yeni tendensiyalarla ayaqlaşmaq lazımdır.

– Dəyişiklik istəyən Zahir Əzəmət nələri dəyişir?

– Hazırda saytımızda mühasibatlıqdan tutmuş tərtibat və kollektivə qədər, böyük bir dəyişiklik gedir. İlin sonuna qədər tam fərqli səviyyə və keyfiyyət formalaşdırmaq hədəfindəyik. Xeyli yeniliklərin tətbiqinə hazırlaşırıq ki, onların bir çoxu bizim internet bazarı üçün yeni olacaq. Artıq may ayından bu dəyişikliklər hiss olunacaq. Komandaya xeyli gənc və enerjili uşaqlar cəlb etmişik. Sözün əsl mənasında, qaynar bir iş rejimimiz var. Son aylar ümumiyyətlə hər gün, az qala, 18-20 saat çalışıram. Hesab edirəm ki, tezliklə bu zəhmətin bəhrəsini hiss edəcəyik.

– Səni və kollektivini bir daha təbrik edir, uğurlar arzu edirəm.

– Var olun, necə deyərlər, başınıza gəlsin…

 

Previous Post

Bu nəhəng trafiki pula necə çevirmək olar? – Yubilyar

Next Post

Torpaq qiymətləri bahalaşa bilər

Bənzər yazılar

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Amerika tərəfinə çatdırıb və bununla da nüvə proqramı ilə bağlı müzakirələrin yenidən...

Next Post

Torpaq qiymətləri bahalaşa bilər

Torpaq qiymətləri bahalaşa bilər

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.