Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri bu gün Vyanada keçiriləcək görüşdə Dağlıq Qarabağ, Suriya və Ukraynadakı vəziyyəti müzakirə edəcək.
Rusiya KİV-i xəbər verir ki, bu barədə Lavrovun müavini Sergey Ryabkov bildirib.
“Bu gün gündəm Suriya və Dağlıq Qarabağdır. Bundan əlavə, ikitərəfli və Ukraynadakı vəziyyət də müzakirə ediləcək”, – deyə Ryabkov qeyd edib.
Qeyd edək ki, Sergey Lavrov bu gün Kerri ilə görüşmək niyyətində olduğunu bəyan edib.