Azərbaycanın 4 yunan-Roma güləşçisi bu gün Avropa Oyunlarında ölkəmizə medal qazandırmaq üçün yarışacaqlar.
Trend xəbər verir ki, “Bakı 2015” Birinci Avropa Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışların ikinci günündə Heydər Əliyev adına İdman Sarayında 4 idmançımız yarışacaq.
İlk olaraq xalça üzərinə təsnifat yarışından 66 kq çəki dərəsində Həsən Əliyev çıxıb. O, Gürcüstandan olan Saçino Davitaya ilə üzləşib. Təmsilçimiz 4:2 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanıb.
Bundan başqa bu gün xalça üzərinə 75 kq-da Elvin Mürsəliyev, 85 kq-da Saman Təhmasibi, 130 kq-da Sabah Şəriəti çıxacaqlar.
Qeyd edək ki, yarışların ilk günündə güləşçilərimiz bir dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olub.
2026 Dünya Kubokunda iştirak edən 48 ölkənin heyətləri yekunlaşdıqdan sonra turnirdə yarışan komandaların və oyunçuların ədədi məlumatları aydınlaşdı. Klub səviyyəsində...
İngiltərənin"Çelsi" futbol klubunun tarixində ən məhsuldar ikinci futbolçu olan Bobbi Tamblinq 84 yaşında vəfat edib. Bu barədə "Sky Sports" məlumat...
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...
UEFA böyük turnirlər öncəsi pley-off mərhələlərinin keçirilmə formatında dəyişiklik edib. Elchi.az xəbər verir ki, Avropa çempionatının keçirilməsi ilə bağlı 17.01...
Son şərhlər