“Elm və Təhsil naziri Emin Əmrullayev maraqlı statistika açıqlayıb: “Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir.”
Əgər müəllim yeni məzunlar qrupuna daxildirsə, bu acınacaqlı hala görə müəllim hazırlayan Ali məktəblər cavabdehlik daşıyırlar”.
Elchi.az xəbər verir ki, bu barədə millət vəkili, təhsil üzrə ekspert Etibar Əliyev FB hesabında qeyd edib:
“Əgər müəllim çoxdanın müəllimidirsə, onda o, təkmilləşməyə cəlb olunmayıb (cəlb olunubsa, lap pis), ən əsası isə özü-özünü təkmilləşdirməyib. Ali məktəblərin birində “Kimya” imtahanında tələbələrdən Xlorun (Cl) və Dəmirin(Fe) valentliyini soruşdum, bilən olmadı. Müəllim hazırlayan Ali məktəblərn birində isə 4 -cü kurs “Fizikanın tədrisi metodikası” dərsində isə məşhur Maks Plank düsturunu soruşdum, bunu da bilən olmadı. “Fəlsəfə” fənnindən keçirilən imtahanın sualları isə bizim ötən əsrin 80-ci illərində keçdiyimiz cəfəngiyyat bir elm olan “Dialektik materializm”in sualları idi.
Nazirin təbirincə desək, bunlar da cinayətdir…”.
Şayəstə