Elchi.az xəbər verir ki, Britaniya hökumətinin üzvlərindən biri Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevə qırıcı təyyarələrin verilməsi xahişinə emosional cavab verib.
“Bizim göndərəcəyimiz lanet təyyarələrimiz yoxdur” deyərək britaniyalı siyasətçi qeyd edib.
Nəşrin mənbələrinə görə, Ukraynaya mümkün hərbi texnika göndərilməsi Böyük Britaniyanın büdcəsinə ciddi zərbə vuracaq.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Londona səfəri zamanı Kiyevə silah tədarükünü müzakirə etdiyini bildirib.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles gələcəkdə belə bir ehtimalı inkar etməsə də, yaxın vaxtlarda Londonun Ukraynaya döyüş təyyarələri ötürməyəcəyini bildirib. Böyük Britaniyanın baş naziri Rişi Sunakın bildirib ki, London yalnız Britaniyanın özü üçün təhlükə yaratmayacağı təqdirdə Ukraynaya döyüş təyyarələri verməyə hazır olacaq.
Havar Şəfiyeva