Britaniya ordusunun Rusiya ilə münaqişədə Ukraynanın dəstəyi ilə əlaqədar hərbi texnikanın təcili dəyişdirilməsinə ehtiyac var, Britaniya Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles bildirib. Elchi.az xəbər verir ki, onun sözlərini Sky News sitat gətirir.
“Ordu təxminən 15 il əvvəl köhnəlmişdi və biz onu həqiqətən modernləşdirməliyik: insanların deyil, texnikanın dəyişdirilməsinə ciddi ehtiyac var”, – Britaniya naziri bildirib.
Bundan əvvəl Britaniya hökuməti baş nazir Rişi Sunakı silah-sursat anbarlarını genişləndirmək üçün hərbi xərcləri artırmağa çağırıb. q
Qeyd edilir ki, bu addım atılmasa, o zaman Britaniya Kiyevi dəstəkləmək, eləcə də öz təhlükəsizliyini təmin etmək imkanını itirə bilər.
Bundan əvvəl bildirilib ki, Sunakın müdafiə xərclərini artırmaqdan imtina etməsi Böyük Britaniya ordusu və parlamentini qəzəbləndirib. İcmalar Palatasının Müdafiə Komitəsinin sədri Tobias Ellvudun sözlərinə görə, Ukrayna münaqişəsi və Moskva ilə London arasında artan gərginlik fonunda Britaniya ordusunun güclənməsinə ehtiyac daha da artıb.
Havar Şəfiyeva