Meksikanın Verakruz əyalətində tərk edilmiş yük maşınının qoşqusund yüzdən çox azyaşlı tapılıb. Reuters yerli miqrasiya xidmətinə istinadən aydınlaşdırdığı kimi, tapılan uşaqların əksəriyyəti Qvatemaladandır. Elchi.az Ria Novostiyə istinadən xəbər verir.
103 uşaqdan əlavə, tərk edilmiş treylerdə Qvatemala, El Salvador, Honduras və Ekvadordan olan 212 böyüklər, həmçinin Qvatemala və El Salvadordan olan 28 ailə üzvü olub.
Bundan əvvəl ABŞ-da qızını qaçıran, Yəmənə aparan və onun iştirakı ilə nikah bağlamaq istəyən şəxs həbs edilib.
Havar Şəfiyeva