Rusiyanın hava-desant qüvvələri Ukraynanın işğalı başlayandan bəri bir sıra nəzərəçarpan taktiki uğursuzluqlarda iştirak edib.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.
Bildirilib ki, bura mart ayında Qostomel aerodromu vasitəsilə Kiyevə hücum cəhdi, İzyum oxunda apreldən bəri ilişib qalmış irəliləyiş və Siverski Donets çayı üzərindən baha başa gəlmiş son uğursuz keçmə cəhdi daxildir.
Əlavə edək ki, Rusiya doktrinasına əsasən hava desant qüvvələrinin ən tələbkar əməliyyatlara göndərilməsi nəzərdə tutulur.
“45.000 nəfərlik hava-desant qüvvələri əsasən müqaviləli peşəkar əsgərlərdən ibarətdir. Onun üzvləri elit statusa malikdir və əlavə ödəniş alırlar. Hava-desant qüvvələri daha çox ağır zirehli piyadalara uyğun olan missiyalarda istifadə edilib və əməliyyat zamanı ağır itkilər verib. Onun qarışıq performansı, ehtimal ki, bu qabiliyyətin strateji cəhətdən düzgün idarə edilməməsini və Rusiyanın hava üstünlüyünü təmin edə bilməməsini əks etdirir”, – deyə məlumatda qeyd olunub.
Vurğulanıb ki, hava-desant qüvvələrinin Ukraynada düzgün istifadə edilməməsi Rusiya Prezidenti Vladimir Putinin son 15 ildə silahlı qüvvələrə qoyduğu böyük miqdarda sərmayənin balanssızlığını əks etdirir.
Əlavə olunub ki, Ukraynanın müqavimətini qabaqcadan görməməsi və komandirlərinin sonrakı arxayınlığı Rusiyanın bir çox elit bölmələrində əhəmiyyətli itkilərə səbəb olub.
NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib
NATO ölkələri Latviyada "Baltik Zenit 2026" hava hücumundan müdafiə təlimi keçirib. Elchi.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi...





















Son şərhlər