Böyük Britaniyanın Müdafiə Nazirliyi Pentaqona göndərdiyi məxfi məlumatları e-poçt domenindəki hərf səhvinə görə Maliyə göndərib.
Elchi.az xəbər verir ki, bu barədə “Tayms” Britaniya rəsmilərinə istinadən məlumat yayıb.
“Son on ildə ABŞ ordusu da Pentaqona göndərdiyi milyonlarla elektron məktubu domendəki ünvanda olan səhvə – “.mil” əvəzinə “.ml” – görə Malidəki ünvanlara göndərib. Britaniyada da analoji hal yaşanıb. Belə ki, “.mil” domenindən istifadə edərək Pentaqona göndərilən məktublar Maliyə gedib. Məsələn, Maliyə göndərilən elektron məktubların bəzilərində Britaniyanın hipersəs raketləri ilə bağlı araşdırmaların təfərrüatı var imiş. Böyük Britaniya Müdafiə Nazirliyi təhqiqat başladıb, lakin Londonda səhvin miqyasının ABŞ-da olduğu qədər əhəmiyyətli olmadığını bildirir”, – məlumatda deyilir.
Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...





















Son şərhlər