Münaqişənin başlanğıcında Rusiya bütün yerüstü döyüş qüvvələrinin təxminən 65 faizini təşkil edən 120-dən çox batalyon taktiki qruplarını döyüşə cəlb edib.
Bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu bölmələrin dörddə birindən çoxu döyüşlərdə təsirsiz hala gətirilib.
“Hava Desant Qüvvələri də daxil olmaqla, Rusiyanın ən elit bölmələrindən bəziləri ciddi itkiyə məruz qalıb. Rusiyaya bu qüvvələri bərpa etmək üçün illər lazım olacaq”, – məlumatda vurğulanır.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...