Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 84,20 dollara satılır.
Elchi.az xəbər verir ki, cümə günü 85,09 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 84,41 dollarla bağladı. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09.20-nin bağlanışı ilə müqayisədə 0,24 faiz azalaraq 84,20 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) xam neftinin bir bareli 80,41 dollardan alıcı tapıb.
Qiymətlərin enməsinə səbəb dünyanın ən böyük neft idxalçısı olan Çində iqtisadi məlumatların gözləniləndən zəif olması tələbin yavaşlayacağı ilə bağlı narahatlıqları artırıb.
Çinin İstehsalat Satınalma Menecerləri İndeksi (PMI) gözləniləndən daha sürətli daralaraq, zəif tələb səbəbiylə iyul ayında 49,3-ə düşüb. Qeyri-istehsal PMI də ilin ən aşağı səviyyəsi olan 51,5-ə düşüb.
Çindən gələn zəif iqtisadi məlumatlardan sonra ölkədə stimulların artırılacağına dair gözləntilər qiymətlərin enişini məhdudlaşdırıb.
Şayəstə Hüseynova