Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 86,52 dollara satılır. Amerika Neft İnstitutu ötən həftə ölkənin xam neft ehtiyatlarında bir əvvəlki həftə ilə müqayisədə təxminən 3 milyon 378 min barrel artımın gözlənildiyini açıqlayıb.
Elchi.az xarici mediaya istinadən bildirir ki, dünən 88,71 dollara kimi bahalaşan Brent markalı neftin barrel qiyməti günü 86,13 dollarla tamamlayıb.
Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:20-yə olan bağlanış tarixi ilə müqayisədə 0,45 faiz artaraq 86,52 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) xam neftinin bir bareli 80,36 dollardan alıcı tapıb.
COVID-19 tədbirlərinin qaldırıldığı Çində neft tələbinin artacağına dair nikbinlik qiymətlərin qalxmasında təsirli olub.
Dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çində iqtisadi fəallığın sürətlənməsi tələbin bərpa olunacağına dair gözləntiləri artırıb. Bununla belə, əhalinin 80 faizindən çoxunun tədbirlərin ləğvindən sonra virusa yoluxduğu təxmin edilsə də, ekspertlər bu vəziyyətin Çində iqtisadiyyatın və tələbatın bərpasının vaxtı ilə bağlı bazarlarda qeyri-müəyyənliyə səbəb olduğunu qeyd ediblər.
Digər tərəfdən, ABŞ-ın xam neft ehtiyatlarının artacağına dair proqnozlar ölkədə tələbin zəifləməsi hissi ilə qiymət artımını məhdudlaşdırıb.
Amerika Neft İnstitutu ötən həftə ölkənin xam neft ehtiyatlarında bir əvvəlki həftə ilə müqayisədə təxminən 3 milyon 378 min barrel artımın gözlənildiyini açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 1 milyon 600 min barel artacağı idi.
ABŞ Enerji İnformasiya Administrasiyasının rəsmi səhm məlumatları bu gün açıqlanacaq.
Bildirilir ki, texniki baxımdan Brent markalı neftin 86,68-86,98 dollar diapazonu müqavimət, 86,38-86,08 dollar diapazonu isə dəstək zonası kimi qiymətləndirilə bilər.
Yeganə