Moldova NATO-dan imtina etdi

40

Moldova hazırkı mərhələdə milli ordunun zəif təchiz olunması səbəbindən NATO-ya üzv olmağa hazır deyil.

Elchi.az xəbər verir ki, bunu Moldova müdafiə naziri Anatoli Nosatıy deyib.

“NATO-ya üzv olmaq üçün bir istək kifayət deyil. Bu, kifayət qədər güclü hərbi-siyasi təşkilatdır, ona daxil olmaq üçün bir sıra islahatlar aparmaq, ordunu modernləşdirmək, müəyyən standartlar tətbiq etmək, alyansın büdcəsinə töhfə vermək lazımdır”, – nazir bildirib.