Bred və Colinin 425 milyonluq nikah müqaviləsi - ŞƏRTLƏR

🗓 13.09.2014 09:32 ✍️ "Elçi" qəzeti
Bu yaxınlarda Fransada ailə quran Hollivud ulduzları – Bred Pitt və Ancelina Coli gündəmdən26710_9ht8lt7kls_37a52c0b37a0c1d5b498e8f9a0ec423c düşmür.  Toy şəkillərini “Hello” və “People” jurnallarına 2 milyon dollara satan cütlüyün nikah müqaviləsində maraqlı maddələr var. Bred və Ancelinanın 425 milyon dollarlıq evlilik sözləşməsinin detalları açıqlanıb. Bu saziş onların mülkiyyəti ilə yanaşı, 6 uşağına aid olan məsələləri də əhatə edir. Məlumata görə, B.Pitt A.Colini aldadarsa, uşaqlar aktrisada qalacaq. Pul məsələlərinə gəlincə, hər iki tərəf nikahdan əvvəlki qazanclarına sahib olacaq. Evlilik müddətində əldə olunan gəlir isə uşaqlar – Maddox (13), Paks (11), Zahara (9), Vivienne (6), Şiloh (8) və Knoks (6) arasında bölünəcək. Pulun digər qismi xeyriyyə fondlarına bağışlanılacaq. Qeyd edək ki, müqavilədəki məlumata görə, Bred Pittin 240, Ancelina Colinin isə 185 milyon dollar sərvəti var.

Bənzər yazılar